Çərşənbə axşamı, 07 Sentyabr 2021 06:04

İşçi əmək qabiliyyətini itirməsi haqqında öncədən işəgötürəni məlumatlandırmalıdır?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

İşəgötürənlərin ən ciddi problemi işçinin əmək qabiliyyətinin itirilməsinin başlanma tarixini öncədən müəyyənləşdirməklə bağlıdır. İstər Əmək Məcəlləsində, istərsə də qaydalarda işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi haqqında işəgötürəni məlumatlandırması haqqında hər hansı qeyd yoxdur.
Mİsal “A” MMC-nin xəzinədarı işə vaxtında gəlmir və zəng edərək bildirir ki, əmək qabiliyyətini itirdiyinə görə işə çıxa bilməyəcək, tam sağaldıqdan sonra işə çıxmaması haqqında xəstəlik vərəqəsini işəgötürənə təqdim edəcək. Təbii ki, bu cür hallarda artıq işəgötürənin işin planlaşdırılması ilə bağlı problemləri yaranır.
Mks.az saytı olaraq bu məsələ ilə bağlı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aşağıdakı məzmunda sualla rəsmi şəkildə müraciət etmişik: “Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, işçi əmək qabiliyyətini müvəqqəti itirməsi halında işə gəlməmək hüququndan istifadə edir. Adətən işçinin əmək qabiliyyətini itirməsi onun sağaldıqdan sonra təqdim etdiyi sənəd əsasında müəyyən olunur. İşəgötürən işçidən əmək qabiliyyətini itirməsi ilə bağlı sənədi öncədən tələb etmək hüququna malikdir, yoxsa işçi tam sağaldıqdan sonra sənədi təqdim etməlidir?”
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin imzaladığı 23 avqust 2019-cu il tarixli məktubla sualımıza aşağıdakı cavab verilib: “İşçinin əmək qabiliyyətini itirməsi ilə bağlı sənədin hansı müddət ərzində təqdim edilməsi əmək qanunvericiliyində nəzərdə tutulmamışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli, 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 33-cü və 34-cü hissələrinə əsasən xəstəlik vərəqələri işçinin stasionar müalicəsindən başqa əmək qabiliyyətini itirməsi təyin olunduğu gündən verilir.Əmək qabiliyyətinin itirilməsi, növbəti əmək haqqı verildiyi vaxtdan davam edərsə, bu halda müalicə həkimi sığorta edilmiş şəxsə xəstəlik vərəqəsinin “davamını” verir. Birinci xəstəlik vərəqəsində isə “işə başlamalı” qrafasında xəstəlik vərəqəsinin “davamını” verməsi haqqında qeyd edir.”
Nə verilən rəsmi cavabda, nə də qanunvericilikdə işçinin xəstəlik kağızını hansı müddətdə təqdim etməsi haqqında dəqiq məlumat var. Təcrübədə işçilər əmək qabiliyyətlərini müvəqqəti itirmələri haqqında öncədən şifahi məlumat verirlər və sağaldıqdan sonra xəstəlik vərəqəsini işəgötürənə təqdim edirlər. İşəgötürən də həmin xəstəlik vərəqəsi üzrə hesablamaları həyata keçirir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın