İşçinin iş vaxtından artıq işlərə cəlb olunması zamanı bildiriş necə hazırlanmalıdır?

İşçinin iş vaxtından artıq işlərə cəlb olunması zamanı bildiriş necə hazırlanmalıdır?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” kitabından seçmə

Daha bir halla bağlı bildirişin formasına baxaq. Hesab edək ki, növbəli iş rejimində işçini əvәz edәn işçi üzrlü səbəbdən işә gəlməyib, ancaq onun vəzifəsinin icra olunmaması işә fasilә verilmәsinә və müəssisəyə ziyan dəyməsinə səbəb ola bilər.

 “Alov” MMC-nin İstehsalat şöbәsinin işçisi

Әliyeva Nigar Şamәddin qızına

Bildiriş

İş vaxtından artıq işlәrә cәlb olunma haqqında

Sizi II növbәdә әvәz edәn işçi Niyazova Gülbahar Balabәy qızı üzrlü səbəbdən 03 iyul 2020-ci il tarixindә işә çıxa bilmәyәcәk. Bununla әlaqәdar Sizә iş vaxtından artıq işә cәlb olunmaqla növbә yoldaşınızı әvәz etmәk tәklif olunur.

Zәhmәt olmasa, iş vaxtından artıq işin görülmәsinә razılıq vermәyiniz vә ya imtina etmәyinizlә bağlı müvafiq qeydi etdikdәn sonra sәnәdi imzalayıb Kadrlarla iş şöbәsinә tәqdim edәsiniz.

Direktor ________ Nәbili N.N.

Tarix _________

Bildirişi aldım, 03 iyul 2020-ci il tarixindә iş vaxtından artıq işә cәlb olunmağa razıyam.

____________ Әliyev N.Ş.

Tarix _________

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər