Cümə axşamı, 12 Noyabr 2020 07:00

Məzuniyyətlə bağlı əmrin 5 gün öncədən verilməsində məqsəd nədir?

Satışı davam edən "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabından seçmə

Həmkarlarımız üçün ən çətin tənzimlənən məsələ Əmək Məcəlləsinin 138-ci maddəsinin ikinci hissəsinin tələbidir. Əmək Məcəlləsinin 138-ci maddəsinin ikinci hissəsinə əsasən, məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. 5 gün öncədən məzuniyyət əmrinin verilməsinə, sadəcə əmr kimi yox, həm də mühasibatlıq bölməsinin hesablamanı həyata keçirməsi üçün əsas kimi baxılmalıdır.

Kadrlarla iş şöbəsi tərəfindən 5 günlük müddət məsələsinə ciddi riayət olunmalıdır ki, mühasibatlıq bölməsi tərəfindən işçiyə məzuniyyət haqqının ödənilməsində gecikmə olmasın.
İşəgötürən tərəfindən istisna hallarda, işçinin qısamüddətli məzuniyyətə buraxılması zamanı müddət məsələsinin gözlənilməməsi baş verə bilər.
Misal. İşçinin yası düşərsə və ya ailəsində xəstə olarsa, məzuniyyət hüququndan istifadə üçün 1 gün öncədən ərizə təqdim edə bilər. Bu zaman işəgötürənin məzuniyyət əmrinin 5 gün öncədən tərtib olunması tələbini əsas götürərək işçinin məzuniyyət hüququndan istifadə etməsinə şərait yaratmaması məqsədəuyğun hesab edilmir.
Amma bu cür hallar da kütləvi xarakter daşımamalıdır. İşəgötürən qeyd edilən istisna halları nəzərə almaqla, məzuniyyətlə bağlı əmrin 5 gün öncədən verilməsini təmin etməlidir. Kollektiv müqavilələrdə də işin xarakteri ilə əlaqədar olaraq istisna hallar üçün məzuniyyət əmrinin daha gec müddətdə veriməsi nəzərdə tutula bilər. Amma bütün hallarda bu cür rəsmiləşdirmə fərdi əmək mübahisələri yaratmamalıdır.

Şərh yazın