Çərşənbə axşamı, 22 Sentyabr 2020 10:10

Sınaq müddəti ilə işçinin işə qəbulu necə rəsmiləşdirilir? (Nümünəvi forma)

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" (III nəşr) kitabının " İşə qəbul, başqa işə keçirilmə, işdən kənarlaşdırma və işdən azad olunmanın rəsmiləşdirilməsi" bölməsindən seçmə

İşəgötürənlər və işçilər unutmasınlar ki, yeni işə qəbul olunan işçiyə münasibətdə sınaq müddətinin müəyyənləşdirilməsi işəgötürənin öhdəliyi yox, hüququdur. O, sınaq müddətini müəyyənləşdirib-müəyyənləşdirməməkdə sərbəstdir. Mümkündür ki, işçinin işə qəbulla bağlı ərizəsində də bu barədə qeydlər olsun.
İşçinin sınaq müddəti təyin olunmaqla işə qəbulu əmrinin nümunəvi formasını təqdim edirik.

Blank “Alov” MMC
ƏMR
№________


Xaçmaz şəhəri ____ ________________2019-cu il

İşçinin sınaq müddəti ilə işə qəbul olunması haqqında

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 81-ci maddəsinin 1-ci bəndinə və Quliyev Rza Əşir oğlu ilə bağlanılmış ___ ________2019-cu il tarixli və ___№-li əmək müqaviləsi bildirişinə əsaslanaraq

ƏMR EDİRƏM:

1. Quliyev Rza Əşir oğlu 03 avqust 2019-cu il tarixdən “Alov” MMC-nin Satış şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilsin.
2. İşçinin aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq 752 (yeddi yüz əlli iki) manat müəyyənləşdirilsin.
3. İşçiyə münasibətdə ___ _______2019-cu il tarixdən ____ _________2019-cu il tarixədək, 2 (iki) aylıq sınaq müddəti təyin edilsin.
4. İşçi vəzifə təlimatı ilə tanış edilsin.
5. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.

Direktor _______ Nəbili N.N.

Əmrlə tanış oldum:
__________ Quliyev R.Ə.

Tarix: ________

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

1 Şərh

  • Şərh bağlantısı mikayl Bazar, 11 Oktyabr 2020 15:53 tərəfindən təqdim olunub mikayl

    muhasib olaraq sahid oldumki bir cox kicik sahibkarliq sahelerinda (mart-aprel avqust –sentyabr) Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən işəgötürənlərin muzdlu işçilərinə əməkhaqlarının ödənilməsi ucun kocurulmus vesait sahbkar terefinden iscilera odenis olunmadi..Sahibkarlar bu vesaiti ya tam iscilerden gizletdi yada 1 ayin iscilera odenis edib diger aylari ise bu odenis meblexin DSMF-ni odeyirem deyib iscilera odenis etmadi.buna serait yaradan ise VM-qanunda olan bosluq oldu.yani qanunla aşağıdakı hesablaşmalar Yalnız Nağdsız qaydada həyata keçirilir: 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 (iki yüz min) manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar.......Gorunduyu kim Naxdsiz Emek Haqqi odenis angaq Iri ve Orta sahibkarliq subyektlerina aiddir. bela olduqda ise sahibkar Dovletin iscilera odediyi emek haqqin bankdan NAXD cixarib ve istediyi kimi istifade edir..bu bosluq olan qanundan istifade edan kicik sahibkarlar emek haqqlarin NAXDSIZ odemek haqqi var.yani kaxizda gostermekla emek haqqin odenis etmis olur..cox vaxt kaxizda yazilir.emek haqqi ise bezi sahelarda gundelik pul odenisi olur,. bu ise kolge muhasibatliqa werait yaratmis olur,.halbuki qanunda emek haqqi odenisleri butun saheler ucun NAXDSIZ olsaydi o zaman isci emek haqqin bankda olan oz emek karti ile ala bilerdi.ve dovlet yardim odenisda iscinin emek kartina oturmus olardi. diger veziyyet ise Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən işəgötürənlərin muzdlu işçilərinə əməkhaqlarının ödənilməsi her iscinin mobil Tel. SMS ile gelsaydi o zaman isci ona kocurulmus dovlet yardimindan xeberdar olardi,ve sahibkar gizledib oz meqsedi ucun istifade eda bilmezdi...ama Sahibkar da etiraf edirki is olmadiqi ucun Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən isciler ucun odenilen emek haqqin DSMF pulun sahibkar olaraq odenis edirem,ona gore fealiyyet olmadixi halda iscilera odenmis emek haqqin iscilera deyil DSMF odenisi ucun serf edirem.bela bela isler...

Şərh yazın