Çərşənbə, 16 Sentyabr 2020 12:01

Direktora əmək məzuniyyətin verilməsi necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Satışda olan "A-dan Z-yə: Kargüzarlıq" kitabının "Bütün növ məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi" bölməsindən seçmə

Əmrin nümunəvi forması

Blank “Alov” MMC
ƏMR
№________

Şəmkir şəhəri ___ ___________________2019-cu il

Direktora əmək məzuniyyətinin təqdim edilməsi haqqında
“Alov” MMC-nin nizamnaməsinin ____ maddəsinə və təsisçilərin Ümumi yığıncağının ___ ________2019-cu il tarixli, ___№-li protokoluna uyğun olaraq
ƏMR EDİRƏM:

1. “Alov” MMC-nin direktoru Nəbili Nüsrət Nadir oğluna 12 aprel 2018-12 aprel 2019-cu iş ili üçün 1 iyun 2019-cu ildən 30 iyun 2019-cu ilə kimi 30 təqvim günü müddətində əsas əmək məzuniyyəti təqdim edilsin.
2. Direktorun işə başlama tarixi 01 iyul 2019-cu il hesab edilsin.
3. Direktor məzuniyyətdə olduğu müddətdə onun səlahiyyətlərinin icrası tarif (vəzifə) maaşları arasındakı fərq ödənilməklə direktorun maliyyə məsələləri üzrə müavini Əliyev İslam İmran oğluna həvalə edilsin.
4. Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı və baş mühasib Səlimova Sultanə Sahib qızı əmrin icrasından irəli gələn məsələləri həll etsinlər.

Müvəkkil edilmiş təsisçi _______ Sarıyev Q.U.

Əmrlə tanış oldum:

Direktor __________Nəbili N.N.
Tarix: ________

Direktorun maliyyə məsələləri üzrə müavini __________Əliyev İ.İ.

Tarix: ________
____________Səlimova S.S.

Tarix: ________

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 

Şərh yazın