Çərşənbə, 06 İyun 2018 13:37

Növbəti seminarın vaxtı və mövzuları açıqlandı

II Milli Mühasiblər Forumunun növbəti seminarı keçiriləcəkdir. 
Seminarı 5 peşəkar mütəxəssis - Mehdi Babayev, Firudin Sultanov, Radil Fətullayev, Vüqar Cəfərov (bank mütəxəssisi) və Günel Hacıyeva (bank mütəxəssisi) aparacaqdır.

✅ Mövzular haqqında ətraflı məlumat:

  1. Firudin Sultanov və Mehdi Babayev:
    - AR “Mühasibat uçotu” haqqında Qanununa edilmiş dəyişikliklərin professional izahı.
  2. Vüqar Cəfərov və Günel Hacıyeva:
    - Xarici valyuta əməliyyatlarının aparılması zamanı banklarla münasibətlər (sənədləşmələr) və yaranan probremlərin həlli.
  3. Mehdi Babayev, Radil Fətullayev:
    Yük Gömrük Bəyannamələri (YGB) üzrə malların mədaxilinin və sonrakı əməliyyatların uçotu, problemlər və həlli yolları.

Qeyd: Mövzuların tərkibi göstərilməklə seminarın proqramı barədə yaxın günlərdə məlumat veriləcəkdir.

Tarix: 24 iyun 2018-ci il
Başlama vaxtı: 09:30-da
Fasilə (nahar, çay-kofe fasiləsi): 13:00 – 13:40 
Bitmə vaxtı: 16:00-da (Son 1.5 saat sual-cavab üçün nəzərdə tutulmuşdur.)

?Ünvan: Seminara 3 gün qalmış elan olunacaqdır. (Müraciətlərin sayına uyğun təyin olunacaqdır)
Seminarın qiyməti: 15 AZN
Seminarın sonunda iştirakçılara SERTİFİKAT veriləcəkdir.

Qeydiyyat üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-poçt ünvanına aşağıda göstərilən məlumatları göndərməyiniz xahiş olunur.
Ad, soyad:
İş yeri və ya təhsil müəssisəsi:
Əlaqə məlumatı (e-mail, mobil):

Online bilet əldə etmək üçün yuxarıda qeyd olunan məlumatlara ödəniş haqqında bildirişi əlavə etməyiniz xahiş olunur.
Bank rekvizitləri:
“İqtisadi Resursların Öyrənilməsi” İB
VÖEN: 2001728461
Bank: Accessbank QSC
VÖEN(bank): 1400057421
Kod: 505000 
SWIFT: ACABAZ22
M/H: AZ10NABZ01350100000000056944
H/H: AZ40ACAB00001024241000093890
Biletin çatdırılması xidməti mövcuddur. Əlavə ödəniş 2 AZN

Yerində bilet almaq üçün (nağd ödəniş etməklə): 
?Yasamal ray. Mirəli Seyidov 41/2. Araz supermarketin yaxınlığı
Əlaqələndirici şəxslər: 
?055-286-52-81- İsgəndər
?055 932 48 96 – Nəzir
(012) 480 28 45
Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Qeyd: Alınan biletlər geri qaytarılmır.

 

Əmək Münasibətləri: A-dan Z-yə SATIŞDA

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 

1 Şərh

  • Şərh bağlantısı Akif Şirinov Vəzir oğlu Cümə axşamı, 07 İyun 2018 08:19 tərəfindən təqdim olunub Akif Şirinov Vəzir oğlu

    Sovet dövründə istehsal müəssisələri istehsal etdikləri məhsulun maya dəyərini müəyyənləşdirirdilər.Ayın əvvəlinə Hazır məhsul qalığının (maya) dəyərinin üstünə ay ərzində istehsal olunmuş məhsulun maya dəyərini əlavə etməklə məhsulun ümumi maya dəyəri müəyyən edilirdi.Ümumi maya dəyərini (istehsal olunmuş məhsulların miqdarına qalıq məhsulların miqdarı əlavə edilməklə) məhsulların miqdarına bolməklə məhsul vahidinə düşən maya dəyəri müəyyən edilərək, məhsul vahidinə düşən maya dəyərini Təqdim edilmiş (satılmış) malin miqdarına vurmaqla təqdim edilmiş malın maya dəyəri müəyyən edilərək xərc kimi satışa silinirdi.Ya da Qalıq mal və istehsal olunmuş malın əmtəəlik dəyəri müəyyən ediərək, malın maya dəyərini əmtəəlik məhsulun dəyərinə bolməklə əmsal müəyyən edilirdi.Həmin əmsalı satılmış əmtəəlik malın dəyərinə vurmaqla satılmış malın maya dəyəri müəyyən edilirdi və satışa silinirdi. İndi isə Mənfəət vergisi bəyannaməsində il ərzində bazaya internet vasitəsi ilə düşən xərcləri təqdim edilmiş malların dəyəinə daxil etməklə xərc kimi qəbul edirlər. Bazaya düşən xərclər təkcə təqdim edilmiş mallarıın dəyərinə deyil, həm də qalıq mallara aiddir. Bu gün təqdim edilmiş malın maya dəyəri necə müəyyən edilməlidir? Əvvəlcədən təşəkkür edirəm.

Şərh yazın