Xaricə yükdaşıma xidməti göstərən müəssisənin digərindən fərqi…

Xaricə yükdaşıma xidməti göstərən müəssisənin digərindən fərqi…

Vergi Məcəlləsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, yükdaşıma şirkətləri həm ölkə daxilində, həm də ölkədən xaricə yükdaşıma xidməti göstərirlər. Daxildə yükdaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslər sadələşdirilmiş vergi ödəyicisi kimi daşıdıqları yükün həcminə görə vergi ödəməlidirlər. Onlar sadələşmiş vergiödəyiciləri kimi qeydiyyatdan keçərək yük maşınlarının daşıma həcminə görə vergi ödəyirlər.

Verginin məbləği Bakı şəhərində hər ton üçün 2 manatdır, regionlara görə isə bu məbləğ fərqli əmsallara vurulur.

Sadələşdirilmiş vergi ödəyicisi kimi yükdaşıma xidməti göstərən şəxslər minimum əməkhaqqının 25 faizi həcmində - 62,50 manat aylıq məcburi dövlət sosial sığorta haqqını da ödəməlidir.

Vergi Məcəlləsinə əsasən, xaricə yükdaşıma xidməti göstərən müəssisələrin sadələşmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Onlar yalnız mənfəət (gəlir) vergisiödəyicisi ola bilərlər. Bu zaman onlar əldə etdikləri gəlirdən həmin gəlirin əldə olunması üçün çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqin mənfəət (gəlir) vergisini ödəyirlər. Bu xidməti göstərən vergiödəyiciləri gəlirləri 200 min manatadək olduqda mənfəət (gəlir) vergisi, bundan çox olduqda isə əlavə dəyər vergisi (ƏDV) ödəyicisi olurlar.

Mənbə: Vergiler.az

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər