Bazar ertəsi, 05 Aprel 2021 06:04

Kassa sənədlərinə kimlər imza atmalıdırlar?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli, 365 nömrəli Qərarı ilə “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydasının 4.8-ci maddəsinə əsasən, xəzinədar kassa (pul) sənədlərində imza etmək səlahiyyəti olan vəzifəli şəxslərin və ya onların səlahiyyətli nümayəndələrinin imza nümunələri ilə və kassa (pul) sənədlərinin rəsmiləşdirilməsində istifadə edilməsi nəzərdə tutulmuş möhürlə (ştampla) vergi ödəyicisinin və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri tərəfindən təmin edilir.

Vergi ödəyicisi kassa sənədlərinə imza etmək səlahiyyəti olan şəxsləri müəyyən etməlidir. Mümkündür ki, kassa mədaxil (məxaric) orderinə rəhbərin özü yox, səlahiyyətli nümayəndəsi imza etsin. Eyni hal baş mühasiblə bağlı rəsmiləşdirməyə də aiddir. O səbəbdən də vergi ödəyicisi daxili sənədlə kassa (pul) sənədlərində imza etmək səlahiyyəti olan vəzifəli şəxslərin və ya onların səlahiyyətli nümayəndələrini müəyyən etməlidir. Həmçinin, vergi ödəyicisi kassa (pul) sənədlərinin rəsmiləşdirilməsində istifadə edilməsi nəzərdə tutulmuş möhürlə (ştampla) xəzinədarı təmin etməlidir.

2021-ci ilin apral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın