Anar Bayramov Vergi Forumunda ticarət əlavəsi problemini qabartdı

Anar Bayramov Vergi Forumunda ticarət əlavəsi problemini qabartdı

Tanınmış vergi mütəxəssisi Dövlət Vergi Xidmətinin tədbirində elektron qaimə-faktura üzrə yaranan problemdən danışıb

Məlumat verdiyimiz kimi, fevralın 25-də “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda Vergi Forumu keçirilib. Videoformatda təşkil olunmuş tədbirdə İqtisadiyyat Nazirliyinin və nazirlik yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, xarici və yerli ekspertlər, iş adamları iştirak ediblər.
Tanınmış vergi mütəxəssisi Anar Bayramov tədbirdə elektron qaimə-fakturalarda ticarət əlavəsinin qeyd edilməsinin mümkünsüzlüyü ilə bağlı məsələni iştirakçıların diqqətinə çatdırıb: “Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Amma kənd təsərrüfatı məhsullarının topdan satışı ilə məşğul olan vergi ödəyiciləri elekton qaimə-fakturada ticarət əlavəsini qeyd edə bilmir. Çünki elektron qaimə-fakturada ticarət əlavəsindən hesablanmış ƏDV-nin qeyd edilməsi mümkün olmadığından, ƏDV məbləği mallın ümumi dəyərindən hesablanır.”
Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri suala cavab olaraq bildiriblər ki, dövlət qurumu tərəfindən elektron qaimə-faktura üzrə son tamamlanma işləri həyata keçirilir və yaxın zamanlarda ticarət əlavəsi üzrə ƏDV-ni qeyd etmək mümkün olacaq.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz

7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər