İstifadə edilməmiş məzuniyyət görə verilən kompensasiya məbləğindən gəlir vergisi necə hesablanır?

İstifadə edilməmiş məzuniyyət görə verilən kompensasiya məbləğindən gəlir vergisi necə hesablanır?

Satışı yekunlaşmaqda olan “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

İstifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya məbləğinin gəlir vergisi ilə  bağlı 2019-cu ilin əvvəlindən fərqli fikirlər mövcud idi. İlk öncə Vergilər Nazirliyi açıqlamasında bildirdi ki, kompensasiya hesablandıqda hər il üzrə vergi qanunvericiliyinin qüvvədə olan dərəcələri tətbiq edilməlidir. Vergilər Nazirliyinin bu məsələ ilə bağlı son açıqlamasında isə bildirilir ki, kompensasiyalar ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilin  istifadə olunmamış məzuniyyətinə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir. Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanan kompensasiya haqları 1 yanvar 2019-cu ildən ödənildiyi halda, gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır. Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat çıxılır.

Mİsal 1. Dövlət orqanı hesab edilən qurumun işçisinin işdən çıxması ilə əlaqədar ona istifadə olunmamış məzuniyyətə görə kompensasiya hesablanmalıdır. Hesab edək ki, işçinin cari aya hesablanmış əmək haqqı 500 manat, sonuncu başa çatmayan iş ili üzrə kompensasiyası 250 manat, başa çatan iş ilinə görə isə 220 manatdır. Gəlir vergisi 500 manatlıq əmək haqqıdan hesablanır. Cari iş ilinə görə hesablanan kompensasiya məbləğinə (250 manat) icbari ödənişlər hesablanır. Həmçinin, başa çatan il üzrə kompensasiya (220 manat) ayrılıqda gəlir vergisinə cəlb olunmalıdır.

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manatın çıxılması da hər bir məbləğ üzrə ayrıca tətbiq olunur. Misalımıza uyğun olaraq cari ayın əmək haqqı üzrə gəlir vergisi 42 manat ((500-200) x14 faiz), cari ilə görə hesablanan kompensasiyaya görə gəlir vergisi 7 manat ((250-200) x14 faiz), başa çatan il üzrə isə 2,80 manat ((220-200) x 14 faiz) təşkil edəcək.

Mİsal 2. Eyni hal özəl təşkilatda baş verdikdə yenə də əmək haqqı, cari iş ilinin və əvvəlki iş ilin istifadə edilməyən məzuniyyətlərinə hesablanan kompensasiyalar 8 000 manatdan aşağı olduğu üçün gəlir vergisinə cəlb edilmir. Məbləğ 8 000 manatdan yüksək olduğu halda, hər bir əmək haqqı üzrə 8 000 manatlıq güzəşt tətbiq olunmaqla həyata keçirilir. Təbii ki, kompensasiya məbləği 8 000 manatdan yuxarı olduqda 200 manat güzəşt tətbiq olunmur. Çünki vergi qanunvericiliyinə əsasən, 200 manatlıq güzəşt 2 500 manatadək olan əmək haqqı məbləğlərinə tətbiq olunur.

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”


Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!

Tarix: 04 dekabr 2021-ci il, saat 15:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər