Vergi ödəyicisi bank hesabından kassa limitindən artıq vəsait çıxarda bilər?

Vergi ödəyicisi bank hesabından kassa limitindən artıq vəsait çıxarda bilər?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

“Nağdsız hesablaşmalar” haqqında Azərbaycan Respublikası Qanununun tətbiqindən sonra ən çox müzakirə olunan məsələ vergi ödəyicisinin bank hesabından çıxarılan vəsaitin məbləği ilə bağlıdır.

Qanunun 3.3-cü maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Göründüyü kimi 30 000 manatlıq və 15 000 manatlıq limit nağdsız qaydada ödənişlərə aiddir, bank hesabından çıxarılan pulla bağlı hər hansı limit qoyulmayıb. Vergilər Nazirliyi bununla bağlı hər hansı tələbinin olmadığını bildirsə də, banklar vergi ödəyicilərinin limitdən artıq vəsait çıxarmasına icazə vermirlər.

2019-cu ilin sonlarınadək banklar bu məsələdən şikayətçi olan vergi ödəyicilərinə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməyi məsləhət görürdülər. Çünki «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli, 461-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nda qeyd edilirdi ki, «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları nəzərə alınmaqla, banklardan nağd çıxarılan vəsaitlərin «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunluq baxımından araşdırılmasını və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməsini məhz Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası təmin etməlidir.

Lakin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli, 1616 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib. Böyük ehtimalla, Palata banklara qeyri-rəsmi tapşırıq vermişdi ki, vergi ödəyicilərinin tipindən asılı olaraq onlara bank hesabından 15 000 manatdan və ya 30 000 manatdan yuxarı vəsait nağd ödənilməsin. Hal-hazırda banklar tərəfindən qeyd olunan məhdudiyyət tətbiq olunur.

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”


Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!

Tarix: 04 dekabr 2021-ci il, saat 15:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər