Ezamiyyə normalarına aid qərarda mehmanxana xərcləri ilə bağlı YENİ YANAŞMA

Ezamiyyə normalarına aid qərarda mehmanxana xərcləri ilə bağlı YENİ YANAŞMA

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı  20 noyabr 2021-ci il tarixli, 363 saylı qərarla “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib.

Yeni qərara əsasən, mühafizə olunan şəxslərin ölkədaxili səfərləri zamanı təhlükəsizliyi təmin edən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının mehmanxana xərcləri təqdim edilmiş təsdiqedici sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödənilir.

Qərarı misalla izah edək.

Misal. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşları mühafizə məqsədi ilə Gəncə, Sumqayıt və ya Naxçıvan şəhərlərinə ezam olunur. Ezamiyyə qanunvericiliyinə əsasən, işçiyə ödəniləcək gündəlik ezamiyyə norması 70,0 manat olduğu üçün mehmanxana xərci 56 manat (70 manat (ezamiyyə norması) x 80 faiz (1 günlük normanın mehmanxana xərci üçün faizi)) təşkil edir. Yeni qərara əsasən, qeyd edilən şəxslər 100 manatlıq təsdiqedici sənədlər mehmanxana xərci təqdim edirsə, dövlət qurumu tərəfindən həmin məbləğ işçiyə ödənilməlidir.

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”


Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!

Tarix: 04 dekabr 2021-ci il, saat 15:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər