2023-cü ildə hansı yeni tip vergi ödəyiciləri elektron qaimə-faktura göndərməyəcək?

2023-cü ildə hansı yeni tip vergi ödəyiciləri elektron qaimə-faktura göndərməyəcək?

Satışı davam edən “Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023” kitabından seçmə

Vəkillər Kollegiyasının qarşısında duran və tənzimlənməsinə maliyyə resursu tələb olunan məsələlərin həlli məqsədilə 2019-cu ilin fevral ayından başlayaraq, Türkiyə Respublikasının vəkillik təsisatının  təcrübəsindən istifadə edilərək, Kollegiyanın Rəyasət Heyəti tərəfindən qəbul edilmiş “Vəkil orderi və ondan istifadə qaydası haqqında Əsasnamə”yə uyğun olaraq, vəkil orderlərinə nəzarət xarakteri daşıyan markalarla əlaqədar vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən Vəkillər Kollegiyasına vəsait köçürülməsinə başlanılılıb.

Hazırda müqavilə əsasında verilən vəkil orderlərinin həqiqiliyinin müəyyən edilməsi xarakteri daşıyan markalarla əlaqədar vəkil qurumları və fərdi vəkillər tərəfindən hər order markasına görə Vəkillər Kollegiyasına 10 manat köçürülür. Həmin ödəniş üzrə elektron qaimə-fakturanın təqdiminin istisna hal kimi qəbul edilməsi 16.1.11-6.5-ci maddəyə əlavə olunub. 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsinin 16.1.11-6.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillər və vəkil qurumları tərəfindən edilən ödənişlər üzrə elektron qaimə-fakturanın göndərilməsi istisna edilir.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər