Fərdi sahibkarın ezamiyyətə getməsi qanunaziddir?

Fərdi sahibkarın ezamiyyətə getməsi qanunaziddir?

Dövlət Vergi Xidməti bu suala aydlnlıq gətirir


Fərdi sahibkar işi ilə əlaqədar il ərzində bir neçə dəfə müxtəlif şəhərlərdə olur. Muzdla çalışan işçisi yoxdur. O, səfərlərə çəkdiyi müvafiq xərcləri gəlir vergisi bəyannaməsində ezamiyyə xərcləri kimi əks etdirə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsin fəaliyyəti ilə əlaqədar olaraq digər əraziyə getməsi isə ezamiyyə hesab olunmur.

Bununla yanaşı, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Bu səbəbdən vergi ödəyicisi gəlirin əldə olunması ilə bağlı xərclərini müvafiq qaydada rəsmiləşdirməklə gəlirdən çıxa bilər.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin Ezamiyyə Qaydaları”.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər