Lizinq alan lizinq ödənişlərini qismən həyata keçirdikdə proses necə tənzimlənir?

Lizinq alan lizinq ödənişlərini qismən həyata keçirdikdə proses necə tənzimlənir?

Satışı bitən amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Vergi uçotu: A-dan Z-yə” (VII nəşr) kitabından seçmə

 

Təcrübədə rast gəldiyimiz hallardan biri də lizinq alanın lizinq müqaviləsi üzrə öhdəlikləri həyata keçirmədiyi hallarda müqaviləyə xitam verilməsidir.

Mİsal. Lizinq verən 40 000 manatlıq əsas vəsaiti lizinq alana 4 illik müddətə təqdim edib.  Lizinq alan şəxs 10 000 manat ödəniş etdikdən sonra lizinq müqaviləsinə xitam verilib. Bu zaman lizinq müqaviləsi etibarsız hesab olunduğu üçün, ödənilən 10 000 manat ƏDV-yə cəlb edilən əməliyyat hesab edilir.

“Lizinq verən” statusunda çıxış edən vergi ödəyicisi Vergi Məcəlləsinin 163-cü maddəsinin (Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi) tələblərini əsas tutaraq, 10 000 manatın daxil olduğu dövrlər üzrə dəqiqləşdirmələr həyata keçirir.

Həmçinin, vergi ödəyicisi qarşı tərəfə 8474,58 manatlıq (10 000 manat / 1,18) icarə haqqı və 1525,42 manat (8474,58 manat x 18 faiz) ƏDV olmaqla cəmi 10 000 manatlıq elektron qaimə faktura təqdim edir.

Qarşı tərəf isə ödədiyi 10 000 manat üzrə ƏDV-ni əvəzləşdirmək imkanına malik olmur, çünki ödənişlər zamanı depozit hesabına ƏDV məbləği həyata keçirilməyib. Lizinq alan gəlirdən çıxılan xərclərə 10 000 manatı qeyd edəcək.

Lizinq müqaviləsi xitam verilən

lizinq obyekti yenidən lizinqə verilə bilər?

Mümkündür ki, vergi ödəyicisi lizinq müqaviləsinə xitam verdiyi zaman lizinq obyekti olan əsas vəsaiti yenidən lizinq müqaviləsinə cəlb etsin. Amma bu cür hallarda vergi ödəyicisi Vergi Məcəlləsinin 140.2-ci maddəsinin nəzərdə tutduğu istismar müddəti məsələsini də diqqətdə saxlamalıdır.

Qeyd edək ki, Vergi Məcəlləsinin 140.2.2-ci maddəsinə əsasən, icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıq olmalıdır.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər