ARPA-nın Mühasiblər üçün ÖDƏNİŞSİZ SEMİNARında İştirak imkanı

ARPA-nın Mühasiblər üçün ÖDƏNİŞSİZ SEMİNARında İştirak imkanı

ARPA mks.az saytına seminarın iştirak qaydaları, təlimçilər və növbəti təlimin kimlər üçün olduğunu açıqladı

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) maliyyə və vergilər nazirliklərinin dəstəyi ilə sığorta sektorunun mühasibləri üçün “Mühasibat Uçotu” Haqqında Azərbaycan Respublikasının Qanunda baş vermiş dəyişikliklərin geniş izahı ilə bağlı seminarların təşkilinə start verib. ARPA-dan mks.az saytına verilən məlumata görə, seminarlarda iştirak ödənişsiz və sərbəstdir. İstənilən şəxs hansı sahədə təlimə ehtiyacı olduğu barədə müraciətini [email protected] ünvanına göndərə bilər. İştirakçının müraciətində nəzərdə tutulan istiqamət üzrə seminar baş tutduqda, qurumun nümayəndələri həmin şəxslə əlaqə saxlayıb, seminara dəvət edəcəklər.

Sığorta sektorunun mühasibləri üçün təşkil olunan seminarın təlimçiləri Bakı Mühəndislik Unversitetinin “Mühasibat uçotu və audit” kafedrasının müdiri Firudin Sultanov və Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynovdur. Maliyyə və vergilər nazirliklərinin təşkilati dəstək verdiyi seminarlar Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzinin konfrans zalında təşkil olunur.  Qeyd edək ki,  ARPA-nın növbəti seminarı 03 avqust 2018-ci il tarixdə bank sektorunun mühasibləri üçün nəzərdə tutulub.

Müəllif: Rəcəb İmanov

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]
 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər