Xidmətdən istifadə etmək üçün https://e-xidmet.ayna.gov.az/ portalına daxil olaraq, elektron əmtəə-nəqliyyat qaiməsi bölməsini seçmək lazımdır.

Bu gündən etibarən  Əmtəə-nəqliyyat qaiməsinin və yol vərəqinin elektron qaydada tərtib edilməsi ilə bağlı elektron xidmət istifadəyə verilib. Qeyd edək ki, elektron xidmət “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununa, “AYNA informasiya sistemi haqqında Əsasnamə”yə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli 355 nömrəli Qərarına uyğun olaraq hazırlanıb.

Əmtəə-nəqliyyat qaiməsi avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin ölkədaxili daşınması zamanı rəsmiləşdirilən sənəddir. Bu sənəd yükgöndərənlə daşıyıcı arasında müqaviləni, daşıyıcı tərəfindən yükün daşınmaya qəbul olunmasını, yükalan tərəfindən yükün qəbul edilməsini təsdiq edir. Əmtəə-nəqliyyat qaiməsində yükalanın ünvanı, yükün çatdırılma yeri, miqdarı, qabı, tərkibi və brutto çəkisi, göndərilmə vaxtı, avtonəqliyyat vasitəsinin növü və digər məlumatlar qeyd olunur.

Əmtəə-nəqliyyat qaiməsi avtomobil nəqliyyatı və eləcə də ticarət sahələrində şəffaflığın təmin edilməsini hədəfləyir. Elektron əmtəə-nəqliyyat qaiməsinin tərtib edilməsi zamanı gücləndirilmiş elektron imzadan istifadə nəzərdə tutulur.

İstifadə ilə bağlı təlimatı da həmkarlara təqdim edirik