Palata tərəfindən bu şirkətlərin auditi üzrə tələb 2 ay artırılacaq

Palata tərəfindən bu şirkətlərin auditi üzrə tələb 2 ay artırılacaq

Azərbaycanın sığorta şirkətlərinə başa çatmış il üzrə maliyyə fəaliyyətini auditdən keçirmək üçün verilən müddət 2 ay artırıla bilər. “Report” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini, qurumun Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov məlumat verib.

“Mövcud qanunvericiliyə əsasən, sığorta şirkətləri audit hesabatlarını martın 31-nə qədər açıqlamalıdır. Amma 3 ay ərzində vergi balansı da nəzərə alınmaqla ötən ilin balansını bitirmək, demək olar ki, qeyri-mümkündür. Nəticədə sığorta şirkətlərinin böyük hissəsi tanınmış audit şirkətləri ilə əməkdaşlıq etmir və onların fəaliyyətini fərdi qaydada auditor xidməti göstərən, lazımi keyfiyyətdə olmayan adamlar qiymətləndirir. Buna görə də sığorta qanunvericiliyini dəyişib sözügedən müddəti mayın 31-nə qədər uzatmağı düşünürük. Hesab edirik ki, 5 ay audit şirkətləri üçün kifayət qədər böyük vaxt olacaq”, - A.Zülfüqarov bildirib.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər