ARDNŞ nə qədər tikilinin sökülməsi tələbi ilə məhkəmələrə müraciət edib?

ARDNŞ nə qədər tikilinin sökülməsi tələbi ilə məhkəmələrə müraciət edib?

Bakı şəhərinin Binəqədi rayonu üzrə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrində tikilmiş qanunsuz evlərlə bağlı 7 minə yaxın iş hazırlanıb məhkəməyə təqdim ediləcək. “APA-ECONOMICS”in xəbərinə görə, bu barədə ARDNŞ-ın Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirib.Onun sözlərinə görə, təkcə Sulutəpə ərazisi üzrə 3100 iş məhkəməyə təqdim edilib. Ümumilikdə isə bu cür tikililərlə bağlı 15 minə yaxın iş hazırlanaraq məhkəmələrə göndərilib.  E.Orucov qeyd edib ki, şirkətin ərazisində yerləşən qanunsuz tikililərin sökülməsi haqqında məhkəmənin qərarı olmasına baxmayaraq, onların icrası müvəqqəti olaraq dayandırılıb.

0 Komment

    Şərh yazın

    Xəbərlər