Putindən rusiyalı məmurlarının maşınları ilə bağlı maraqlı qərar

Putindən rusiyalı məmurlarının maşınları ilə bağlı maraqlı qərar

Rusiyanın baş naziri Vladimir Putin bütün məmurların Vahid İqtisadi Məkan (VƏM) ölkələrində istehsal olunmuş avtomobillərdən istifadə etməli olduğunu bəyan edib.

Rusiyanın  RBK televiziya kanlaının məlumatına görə, Putin bunu Rusiyada avtomobil istehsalına həsr olunmuş müşavirədə bildirib.

Baş nazir qeyd edib ki, milli avtomobil sənayesinin dəstəklənməsi məqsədilə qəbul olunan yeni qayda 2013-cü ildən qüvvəyə minəcək: “Hesab edirəm ki, bütün dövlət və bələdiyyə orqanları, federal büdcədən maliyyələşən sifarişçi və müəssisələr gələn ildən yalnız Rusiya, Qazaxıstan və Belarusda istehsal olunmuş avtomobil texnikasını almalıdır. Təbii ki, zəruri texnika VƏM ərazisində istehsal olunmursa, bu halda istisnalar olacaq”.

V.Putin deyib ki, bu norma Ümumdünya Ticarət Təşkilatının (ÜTT) normalarına zidd deyil: “Rusiyanın ÜTT-yə üzv olması ilə bağlı danışıqlar zamanı belə razılıq əldə olunub ki, ölkənin dövlət sifarişləri zamanı daxili qaydalar əsas götürüləcək”.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər