Azərbaycan elektron hökumət quruculuğuna görə necənci yerdədir?

Azərbaycan elektron hökumət quruculuğuna görə necənci yerdədir?

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi məlumata görə, bu göstərici BMT-nin İqtisadi və Sosial İnkişaf Departamentinin «E-idarəçilik 2012» hesabatında açıqlanıb. Bu hesabatda ictimai xidmətlərin təmin edilməsində İKT-dən istifadə üzrə dövlət orqanlarının hazırlığı və imkanları qiymətləndirilib. Burada ölkələrin reytinqi 3 əsas komponentə əsaslanaraq sıralanıb. Bura «online» xidmətlərin miqyası və keyfiyyəti, İKT infrastrukturu və insan kapitalının inkişaf səviyyəsi daxildir. «E-hökumət»in hazırlıq reytinqinə görə 1-ci yeri Cənubi Koreya tutub. İlk beşliyi isə müvafiq olaraq Hollandiya, Britaniya, Danimarka və ABŞ tamamlayır. Keçmiş Sovet İttifaqı ölkələri arasında ən yaxşı göstərici Estoniya (20 yer), Rusiya (27) və Litvadadır (29).

0 Komment

    Şərh yazın

    Xəbərlər