Türkiyə lirəsinin yeni loqotipi 8000 variantdan seçilib

Türkiyə lirəsinin yeni loqotipi 8000 variantdan seçilib

Türk lirəsinin loqotipininin mənası açıqlandı

Türkiyə Mərkəzi Bankı ölkənin milli valyutasının - türk lirəsinin (TL) loqotipini təqdim edib. Türkiyə mətbuatına istinadən xəbərinə görə, loqotip üzərində iki xətt çəkilmiş çevrilmiş qarmaq formasındadır. Təqdimat mərasimində çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, 8 min variant arasından seçilmiş loqotipin çevrilmiş balıq qarmağı formasında olması onun sabit valyuta olduğunu, yüksələn xətlər isə artan nüfuzunu göstərir. Qeyd edək ki, türk lirəsinin loqotiplə təchiz olunması Türkiyə hökumətinin ölkənin pul sisteminin islahatı prosesində növbəti addımdır. Belə ki, 2005-ci ildə islahat nəticəsində altı sıfırı atılan valyuta “yeni türk lirəsi” adını alıb. Üç il sonra onun adından “yeni” sözü çıxarılıb.

 

Vaxtilə hiperinflyasiyaya məruz qalan TL Ginnesin Rekordlar Kitabına düşüb. O, 1995-1996 və 1999-2004-cü illərdə dünyanın ən ucuz valyutası sayılıb. Denominasiyadan əvvəl dəyəri 0,0000007 dollar olan 1 TL-nin 1 dollara nisbəti hazırda 1,75 TL-dir.

 

“APA-ECONOMICS”

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər