Məzuniyyət hesablanan zaman nəzərə alınan ödənişlərin siyahısı

Məzuniyyət hesablanan zaman nəzərə alınan ödənişlərin siyahısı

Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 saylı qərarında məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin siyahısı verilib:

Nəzərə alınan ödənişlər:

faktiki işlənilmiş vaxt üzrə tarif (vəzifə) maaşı;

müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə»də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar;

kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər(rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı;

uşağın yedizdirilməsi üçün ayrılmış fasilələrin ödənilməsi;

səhra, susuz və yüksək dağlıq yerlərdə əmsallar üzrə əlavə ödənişlər;

iş vaxtından artıq iş saatlarının ödənilməsi;

istirahət, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödənilmə;

işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələr;

müvəqqəti əvəzetməyə görə ödəmə;

qanunvericilikdə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda;

məcburi işburaxma dövrünün ödənilməsi;

əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı;

əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinətlər;

qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan ədəbi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan müəlliflik, artist qonorarları və quruluş haqqı.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər