10 ən yaxşı tələbə şəhərinin siyahısı açıqlandı

10 ən yaxşı tələbə şəhərinin siyahısı açıqlandı

 

Quacquarelli Symonds  təşkilatı ilk dəfədir ki, dünyada ən yaxşı tələbə şəhərlərinin reytinqini hazırlayıb.

Dünyanın ən yaxşı tələbə şəhəri isə Paris hesab olunub. 50 ən yaxşı tələbə şəhəri arasında ikinci yerdə Londondur.

Moskva 37-ci yerdədir. Quacquarelli Symonds-un hesabatı hazırlayan tədqiqatçısı Ben Sowter izah edir ki, universitetlərin sayına və keyfiyyətinə görə, London Parisdən heç də  geri qalmır. Ancaq Parisə birinci yer ona görə verilib ki, Parisdə təhsil və həyat daha ucuzdur.  Fərq isə doğrudan  da  böyükdür. Avropa Birliyindən olmayan tələbə Londonda təhsilə ildə 20 min funt sterlinq verməlidir. Parisdə isə bu, 20 dəfə azdır.

 

Tələbələr üçün ən yaxşı şəhərlər dünya səviyyəli universitetlərin olması və sayı, təhsil haqqı, həyatın keyfiyyəti kimi indikatorlar əsasında müəyyən olunub.   Həyatın keyfiyyətinə isə cinayətkarlığın səviyyəsi, normal yaşamağa lazım olan pul və s. daxildir.

 

Siyahıda ilk 10-luq isə belədir:

1. Paris (Fransa)

2. London (Britaniya)

3. Boston (ABŞ)

4. Melburn (Avstraliya)

5. Vyana (Avstriya)

6. Sidney (Avstraliya)

7. Sürix  (İsveçrə)

8. Berlin (Almaniya)

9. Dublin (İrlandiya)

10. Monreal (Kanada)

P.S. Hörmətli oxucular, Sizin fikrinizcə, Bakı şəhəri necənci yeri tutar?

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər