TƏLƏSİN!! Mərkəzi Bank tələbələrə sikkə hədiyyəsi qazanmaq imkanı yaradır

TƏLƏSİN!! Mərkəzi Bank tələbələrə sikkə hədiyyəsi qazanmaq imkanı yaradır

Mərkəzi Bank fəaliyyətinin 20 illik yubileyi münasibəti ilə “Azərbaycanın iqtisadi inkişafında bank sisteminin rolu və inkişaf istiqamətləri” mövzusunda tələbələr arasında referat müsabiqəsi elan edir. Qaydalar aşağıdakı şəkildədir

Azərbaycan Respublikası Mərkəzi Bankının 20 illik yubileyinə həsr olunmuş “Azərbaycanın iqtisadi inkişafında bank sisteminin rolu və inkişaf istiqamətləri” mövzusunda tələbələr arasında referat müsabiqəsinin
QAYDALARI

Müsabiqənin məqsədi:
Ölkənin iqtisadi inkişafında bank sisteminin rolu, habelə, bu sektorun inkişaf istiqamətləri barədə tələbələrin baxışlarının, fikirlərinin, təkliflərinin öyrənilməsi, maarifləndirmə işinin təşviq edilməsindən ibarətdir.
Müsabiqədə iştirak etmək üçün əsas tələblər:
•    Müsabiqə iştirakçısı ali təhsil ocaqlarında iqtisadiyyat və maliyyə ixtisasları üzrə hal-hazırda təhsil alan IV kurs bakalavr və ya magistr tələbə olmalıdır;
•    İnşa ilə birlikdə hər bir tələbə özü haqqında qısa məlumat təqdim etməlidir;
•    Müsabiqədə Mərkəzi Bankın əməkdaşları və ya onların yaxın qohumları iştirak edə bilməz;
•    Müsabiqəyə təqdim olunmuş materiallar geri qaytarılmır.
Referatın forma və məzmununa dair tələblər:
•    Referat Azərbaycan dilində təqdim olunmalıdır;
•    Referatın A4 formatlı elektron və kağız səhifədə təqdim edilir və həcmi 3 s formatlı elektron. Bu zaman səhifənin sol, sağ, aşağı və yuxarı hissələrindən 2,5 sm boşluq buraxılır. Sətirlərarası məsafə üçün 1,15 sm boşluq buraxılır. Sətirlərarası mətn ayırmaq üçün onlar arasında (abzasdan həm əvvəl, həm də sonra) 3 pt ölçüsündə məsafə qoyulur. Referatın şrifti “Times New Roman” olmaqla 14 ölçüsündə olur;
•    Referatda əhatə olunan məsələlər aydın ifadə edilməlidir;
•    Müəllif Referatda öz mülahizələrini və ideyalarını ifadə edə bilər;
•    Müəlliflik hüquqlarının gözlənilməsi və müvafiq istinadların edilməsi vacibdir.
İşlərin qiymətləndirilməsi:
16 yanvar 2012-ci il tarixindən etibarən müsabiqəyə təqdim olunacaq bütün referatlar Mərkəzi Bankın fəaliyyətinin 20 illiyi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi və Mərkəzi Bankın digər əməkdaşlarından ibarət Münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Referatların qiymətləndirilməsi aşağıdakı tələblər əsasında həyata keçirilir:
•    Forma və məzmuna dair qoyulan tələblərə cavab verməsi;
•    İrəli sürülən fikir və ideyaların məzmunu və ifadə tərzi;
•    Araşdırılan problemlərin həlli yollarının orijinallığı;
•    Məqalənin bədii-ədəbi dilinin zənginliyi və yalnız iqtisadçılar üçün deyil, həm də geniş oxucu auditoriyası üçün anlaşılan dildə yazılması.
•    Təqdim edilmiş referat qoyulmuş tələblərə cavab vermədiyi halda müsabiqəyə buraxılmır və onun müəllifi müsabiqədə iştirakdan kənarlaşdırılır.
Qaliblərə xüsusi sertifikatlar və pul mükafatları təqdim olunacaqdır:
•    Birinci yer – I yer sertifikatı və AMB-nin 20 illik yubeyi ilə bağlı gümüş xatirə sikkəsi
•    İkinci yer – II yer sertifikatı və AMB-nin 20 illik yubeyi ilə bağlı gümüş xatirə sikkəsi
•    Üçüncü yer – III yer sertifikatı və AMB-nin 20 illik yubeyi ilə bağlı gümüş xatirə sikkəsi
Referatların təqdim olunması üçün son müddət:
•    Referatlar 31 yanvar 2012-ci il, saat 17:00-dək qəbul ediləcək.
•    Referatlar aşağıda göstərilmiş ünvanla yanaşı, elektron poçt ünvanına da göndərilə bilər. Referatı elektron poçt ünvanı ilə göndərərkən başlıq kimi “Tələbələr arasında referat müsabiqəsi” yazılmalıdır. Referatlar aşağıda qeyd olunan ünvana göndərilməlidir.
•    Yazılı referatlar – Azərbaycan Dövlət İqtisad Universitetinin I tədris binası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, 212-ci otaq.
•    Elektron referatlar – [email protected]


Əlaqələndirici şəxs: Məhəmməd Cəmilov, tel: 492 67 95, 492 64 28.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər