Elektron qaimə-faktura olmadan xərci tanımaq olar?

Elektron qaimə-faktura olmadan xərci tanımaq olar?

Vergilər Nazirliyi bu məsələyə aydınlıq gətirdi
 
Sual: 2017-ci ildə "A" şirkətindən (şirkət sadələşdirilmiş vergi ödəyicisidir) nömrəli rəsmi blank mədaxil qəbzi və müqavilə ilə xidmət alınıb, rəsmiləşdirilib. Ödəmə nağdsız qaydada bank vasitəsilə olunub. Mənfəət hesabatında xərc olaraq göstərilə bilər? Yoxsa xərclərə salına bilməsi üçün qaimə-faktura şərtdir?
Babayeva Vüsalə Rizvan, [email protected] (01.03.2018) 
 
Cavab: Bildiririk ki, statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməsi barədə müddəa 01.01.2018-ci il tarixdən etibarən qüvvədədir.
2017-ci ildə sadələşdirilmiş vergi ödəyicilərinin qaimə-fakturanın təqdim olunması tələb olunmurdu. Müvafiq olaraq, xidmət göstərilməsini təsdiqləyən ciddi hesabat blankı əsasında gəlirin əldə olunması məqsədi ilə çəkilən xərc gəlirdən çıxıla bilər.
 
Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-02 nömrəli 09 yanvar 2013-cü il tarixli “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər