Çərşənbə, 07 Fevral 2018 11:31

Film kimi.. İşsizlikdən sığorta haqqının təsnifatı kodu

Məşhur kinomuz olan “Bəxtiyar” filmindəki Şaşanın bibisi Natalya Alekseyevnanin təbirincə desək, işsizlik sığorta haqqının büdcə təsnifatı haqqında hadisələr lap “Min bir gecə” nağılına oxşadı. 
Maraqlıdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi işəgötürənlərə ardıcıl 2 günü ərzində işsizlik sığortanın təsnifa kodu ilə fərqli məktublar göndərib.
Belə ki, 05 fevral 2018-ci il  tarixində göndərilən məktuba əsasən,  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi bildirir ki, qanunvericilikdə büdcə gəlirlərinin təsnifat kodu aşağıdakı kimi olacaq:
Büdcə səviyyəsinin kodu: 4
Büdcə təsnifatının kodu: 
Sığortaedənin hesabına ödənilən işsizlikdən sığorta haqqı – 121100
Sığortaolunanın hesabına ödənilən  işsizlikdən sığorta haqqı– 121200
Peniya və maliyyə sanksiyasının ödənilməsi - 143300
 
06 fevral 2018-ci il tarixli məktuba əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi bildirir ki, qanunvericilikdə büdcə gəlirlərinin təsnifat kodu aşağıdakı kimi olacaq:
qanunvericilikdə büdcə gəlirlərinin təsnifat kodu İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı üçün 123100,  
İşləyənlərin əmək haqlarından hesablanan işsizlikdən sığorta haqqı üçün 123200, 
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş digər gəlirlər üçün 123300 
İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar üçün 143800  nəzərdə tutulmuşdur.
 
Maraqlıdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  149 saylı, 06 oktyabr 2004-cü il tarixli  “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə”qərarında işsizlikdən sığorta haqqı ilə bağlı olan büdcə tənsifatında yeni büdcə tənsifatı kodları hələ də əlavə edilməyib. 
 
Həmkarlarımız üçün, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsinin sonuncu məlumatını bir daha qeyd edirik:
 
S I Ğ O R T A E D Ə N L Ə R İ N    N Ə Z Ə R İ N Ə
 
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi bildirir ki, qanunvericilikdə büdcə gəlirlərinin təsnifat kodu İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı üçün 123100,  İşləyənlərin əmək haqlarından hesablanan işsizlikdən sığorta haqqı üçün 123200, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş digər gəlirlər üçün 123300 və İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar üçün 143800  nəzərdə tutulmuşdur.
Göstərilənləri nəzərə alaraq işsizlikdən sığorta haqqı üzrə dəqiqləşdirilmiş bank rekvizitlərini nəzərəinizə çatdırırıq:
B1. Benefisar (alan bank)
 
Adı: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab:  AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.   BİK: CTREAZ22
 
B2. Alan müştəri
 
Adı:  DSMF Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsi
Hesab:  AZ42CTRE00000000000007018576
VÖEN: 1600351421
 
Büdcə səviyyəsinin kodu:   4
 
Büdcə təsnifatının kodu: 
 
İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı – 123100
İşləyənlərin əmək haqlarından hesablanan işsizlikdən sığorta haqqı – 123200
İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş digər gəlirlər-123300
İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar - 143800
 
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi
---------------------------------------------------------------------------------------------------------
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda 
 
  Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.   
Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.      
Çatdırılma pulsuzdur.  Kitab iki iş günü ərzində çatdırılır.
 

Şərh yazın