Çərşənbə axşamı, 30 Yanvar 2018 07:31

PREZİDENTİN Vergi Məcəlləsi ilə bağlı YENİ FƏRMANIN mahiyyəti nədir

Yeni dəyişikliyin vergi ödəyicilərinə hansı təsiri var?
 
Azərbaycan Respublıkası Prezidenti İlham Əliyev 29 yanvar 2018-ci il tarixli fərmanı ilə  23 dekabr 2016-ci tarixli Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı fərmana dəyişiklik edib:
 
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2089) 1.2-ci bəndində “növbəti illər üzrə isə” sözlərindən sonra “, həmin ölkələrin və ya ərazilərin siyahısında dəyişiklik edilməsi zərurəti yarandıqda,” sözləri əlavə edilsin.
Həmkarlar üçün daha aydın olması üçün, dəyişikliyin mahiyyəti haqqında məlumat verməyə çalışacıyıq.
 
Prezidentin 23 dekabr 2016-ci il fərmani ilə Vergi Məcəlləsinə həmin dövrdə olan dəyişikliklərlə bağlı Nazirlər Kabinetinə tapşırıqlar verilib ki, bunlarından biri indiki düzəliş edilən bənddir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
.....
1.2. həmin Məcəllənin 128.3-cü maddəsinə uyğun olaraq, güzəştli vergi tutulan ölkələr və ya ərazilər barədə təkliflərini 2017-ci il üzrə bu Fərman qüvvəyə mindiyi gündən bir ay müddətində, növbəti illər üzrə isə hər il dekabr ayının 20-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
Vergi Məcəlləsinin 128.3-cü maddəsi isə belədir:
 
Maddə 128. Güzəştli vergi tutulan ölkələrdə əldə edilən gəlir
...
 
128.3. Hər il üçün güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
 
Məntiqlə yeni dəyişikliyin mahiyyəti odur ki,  Nazirlər Kabineti artıq hər il dekabrın 20-sinə qədər həmin ölkələrin və ya ərazilərin siyahısında dəyişiklik edilməsi zərurəti yarandığı hallarda  təklifərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. 
 
Deməli, fərmanla bağlı dəyişikliyin vergi ödəyicilərinə birbaşa heç bir təsiri yoxdur...
 

Şərh yazın