Vergilər Nazirliyindən yaşayış minimumu məsələsinə ətraflı izah

Vergilər Nazirliyindən yaşayış minimumu məsələsinə ətraflı izah

Sualım budur ki, mən hər hansı müəssisə və ya təşkilatda, şirkətdə çalışıramsa 183 manat vergidən azad ediləcək? 
 
Sual: Bildiyiniz kimi 2018-ci il üçün yaşayış minimumunu ölkə üzrə 173 manat və əmək qabiliyyətli əhali üçün 183 manat təyin olunub. 
1. Sualım budur ki, mən hər hansı müəssisə və ya təşkilatda, şirkətdə çalışıramsa 183 manat vergidən azad ediləcək? 
2. Digər sualım budur ki, ölkə üzrə yaşayış minimumu dedikdə nə başa düşürük? Vaxt ayırıb cavablandırdığınız üçün təşəkkür edirəm.
 
Tural Piriyev, [email protected], Naxçıvan şəhəri (15.01.2018) 
 
Cavab: 1 və 2. Bildiririk ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur.
 
Ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının minimum məbləğinin, pensiyaların baza hissəsinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasın təşkil edir. Azərbaycan Respublikasında minimum əmək haqqı və pensiyaların baza hissəsi, ehtiyac meyarının həddi mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilir.
 
Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30000 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
 
Sorğunuzda da qeyd edildiyi kimi 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat müəyyən edildiyindən 01.01.2018-ci il tarixdən etibarən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 173 manat məbləğində olan hissəsi gəlir vergisindən azad ediləcəkdir.
 
Bax: Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 5 oktyabr 2004-cü il tarixli 768-IIQ nömrəli  və “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” 1 dekabr 2017-ci il tarixli 906-VQ nömrəli Qanunu.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər