VAKANSİYA! Mühasibatlığa yeni başlayanlar üçün ƏLA İŞ İMKANI

VAKANSİYA! Mühasibatlığa yeni başlayanlar üçün ƏLA İŞ İMKANI

JOB TITLE: Maliyyə Departamentinin kiçik Mütəxəssisi
EMPLOYER: SMART AUDİT MMC
 
"SMART AUDİT" MMC “Maliyyə Departamentinin kiçik Mütəxəssisi” vakansiyası üzrə işçi axtarır.
 
Vəzifə təlimatları:
 
• Ödəniş tapşırıqlarının yazılması;
• Müqavilə və onlara əlavələrin , təhvil-təslim aktlarının hazırlanması;
• Müştərilərin pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarının hazırlanması, debitor və kreditorları barədə mütəmadi məlumatların verilməsi;
• Vergi bəyənnamələrinin hazırlanması ( ƏDV, sadələşdirilmiş vergi, MÖMV, mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi );
• Şirkətlərin mühasibat uçotu məlumatlarının 1C proqramında işlənilməsi;
• Elektron qaimələrin, vergi hesab-fakturaların təqdim edilməsi;
• E-taxes.gov.az saytında electron poçt qutusunun mütəmadi olaraq yoxlanılması;
• Ona verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.
 
Vəzifə ilə bağlı tələblər:
 
• Ali təhsil ( Mühasibat uçotu və audit, maliyyə və ya digər iqtisadiyyat sahəsində təhsil);
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsinin olması mütləqdir;
• ACCA F3 sertifikatının olması zəruridir;
• Vergi Məcəlləsi üzrə orta səviyyədə biliklər;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı; 
• Komandada işləmək bacarığı;
• Peşəkar inkişafa meyllilik;
• Riyazi biliklər və analitik düşüncə qabiliyyəti;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və rus dillərini bilmək üstünlükdür).
 
İş yeri : Cəfər Cabbarlı 609, Globus Center 12-ci mərtəbə;
 
İş günləri - həftədə 5 gün, 09:00-dan 18:00-dək.
 
Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “Maliyyə Departamentinin kiçik mütəxəssisi” yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur: [email protected]
 

0 Komment

    Şərh yazın

    Xəbərlər