Vergilər Nazirliyinin saytında müavinlərin birinin adı çıxarıldı

Vergilər Nazirliyinin saytında müavinlərin birinin adı çıxarıldı

Vergilər Nazirliyinin rəsmi saytında qeyd olunan məlumata görə, hazırda yeni vergilər naziri Mikayıl Cabbarovun
3 müavini var
 
Son məlumatlara görə, Vergilər Nazirinin müavini Namiq Əliyevin işdən çıxarıldığı artıq rəsmiləşib. Hətta bu gündən onun adı və şəkli Vergilər Nazirliyinin rəsmi internet səhivəsindəki “Rəhbərlik” bölümündən – nazir müavinlərinin siyahısından çıxarılıb. 
 
Bununla da Namiq Əliyevin vəzifəsindən kənarlaşdırıldığı təsdiqlənib. Vergilər Nazirliyinin rəsmi saytında qeyd olunan məlumata görə, hazırda yeni vergilər naziri Mikayıl Cabbarovun 3 müavini var: 1-ci müavin Sahir Məmməxanov, müavinlər Sahib Ələkbərov və İlkin Vəliyev.
Vergilər Nazirliyindən bildirilib ki, Namiq Əliyevin vəzifədən çıxarılması barədə sərəncam yanvarın 12-də verilib.
Namiq Əliyev 2004-cü ilin fevralından vergilər nazirinin müavini işləyirdi. Onun sabiq vergilər naziri Fazil Məmmədova yaxın kadr olduğu, onları qudalıq əlaqələrinin bağladığı söylənilir. Məlumata görə, keçmiş nazirin qızı eks-nazir müavininin oğlu ilə ailə qurub.
 
"Modern.az"

0 Komment

    Şərh yazın

    Xəbərlər