Əmlak vergisi üzrə hansı əsas vəsaitlərə fərqli yanaşma tətbiq ediləcək?

Əmlak vergisi üzrə hansı əsas vəsaitlərə fərqli yanaşma tətbiq ediləcək?

Satışı yekunlaşmaqda olan “Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023” kitabından seçmə

Vergi Məcəlləsinin 199.4.1-ci maddəsinə əsasən, ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən əsas vəsaitlər əmak vergisindən azad edilirdi. 1 yanvar 2023-cü il tarixdən etibarən “mülki müdafiə üçün istifadə edilən əsas vəsaitlər” həmin azadolmaya daxil edilməyəcək. Bu səbəbdən Vergi Məcəlləsinə 199.4.1-1-ci maddə əlavə edilib. Əlavə olun həmin maddəyə əsasən, müəssisələrin mülkiyyətində (balansında) olan və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən mülki müdafiə təyinatlı əmlaklar əmlak vergisindən azad edilir. Əmlak vergisi üzrə azadolmaya cəlb ediləcək mülki müdafiə təyinatlı əmlakların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.

Qeyd edək ki, Vergi Məcəlləsinin 199.4.1-ci maddəsindəki dəyişikliyə səbəb kimi, bəzi vergi ödəyiclərinin “mülki müdafiə üçün istifadə edilən əsas vəsaitlər” məfhumundan sui-istifadə etmələri göstərilir. Belə ki, bəzi vergi ödəyiciləri obyektinin və ya əmlakının təyinatı kimi mülki müdafiə üçün istifadəni əsas gətirərək əmlak vergisindən azad olmağa cəhd göstəriblər. Son dəyişikliklərdən sonra vergi ödəyicisi yalnız Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən mülki müdafiə təyinatlı əmlaklar üzrə azadolma hüququna malik olacaq.

Vergi Məcələsinə dəyişikliklərin təsdiqi ilə bağlı Qanunun keçid müddəasında qeyd edilib ki, Vergi Məcəlləsinin 199.4.1-ci 199.4.1-1-ci maddələri Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahı təsdiq edildiyi ildən qüvvəyə minir.

Bir məsələni qeyd edək ki, Nazirlər Kabinetinin tərəfindən siyahı təsdiq edilənədək “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin  mülki müdafiə təyinatlı əmlakları (yeraltı əmlakları (eskalatorlar, havalandırma sistemləri, vaqonlar və digər əmlaklar) və yeraltı əmlaklarla bilavasitə bağlı olan keçidlər) əmlak vergisindən azaddır.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər