İşçinin əvvəllər işlədiyi iş yerləri haqqında məlumatı necə əldə etmək olar?

İşçinin əvvəllər işlədiyi iş yerləri haqqında məlumatı necə əldə etmək olar?

Satışı yekunlaşmaqda olan “ƏMAS Platforması: A-dan Z-yə” kitabından seçmə

E-gov.az sistemində işçinin işə qəbulu zamanı öncəki iş yerləri haqqında məlumatları əldə etmək mümkün idi. ƏMAS-da isə qeyd olunan məlumatlar daha sistematik təqdim edilir. İşçinin öncəki iş yerləri haqqında məlumatlara “Əmək müqaviləsi bildirişi” bölməsinin “§1. Əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər haqqında məlumat” bölməsinin sağ tərəfində yerləşən “Köhnə müqavilələr” altbölməsindən baxmaq mümkündür:

Bölmənin adının qarşısında rəqəm işçinin iş yerləri haqqında məlumatın sayını göstərir. Qeyd edək ki, həmin bölmədə işçinin işlədiyi qurum, qurumun strukturu, vəzifə, işə başlama və xitam tarixi ilə yanaşı, işdən çıxma səbəbi də qeyd edilir:

Qeyd edək ki, təcrübədə bəzi həmkarlar işə qəbul zamanı namizədin əvvəlki iş yerlərində müqaviləsinə verilmiş xitamın səbəbini öyrənmək üçün “Köhnə müqavilələr”in məlumatlarından istifadə edirlər.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər