İşəgötürən hansı hallarda DƏMX-ə etibarsızlaşdırma ilə bağlı müraciət edə bilər?

İşəgötürən hansı hallarda DƏMX-ə etibarsızlaşdırma ilə bağlı müraciət edə bilər?

Satışı yekunlaşmaqda olan “ƏMAS Platforması: A-dan Z-yə”  kitabından seçmə

 

Təcrübədə mümkündür ki, işəgötürən tərəfindən imzalanan bildirişin ləğv olunmasına ehtiyac yaransın. Kitabın əvvəllərində qeyd etdiyimiz kimi, əmək müqaviləsi və ya xitam əmri bildirişini qeydiyyata aldıqda, yəni “qaralanma” rejimində saxladıqda, sənədin üzərində düzəlişlər həyata keçirmək mümkündür. Amma işəgötürən əmək müqaviləsi və ya xitam bildirişini imzaladıqdan sonra artıq həmin sənədin üzərində düzəliş həyata keçirmək mümkün olmur.

MİsaL. İşəgötürən səhvən Əliyev Əli Məmməd oğlunun yox, Əliyev Qurban Vaqif oğlunun əmək müqaviləsinə xitam verib. Bu halda işəgötürən mexaniki səhv nəticəsində xitam verilən əmək müqaviləsi üzrə xitam əmrinin etibarsızlaşdırılması barədə dövlət qurumuna müraciət edə bilər. Bunun üçün işəgötürən ƏMAS altsistemində “Etibarsızlaşdırma üzrə müraciət yarat” bölməsinə daxil olmalıdır:

Həmin bölməyə daxil olduqdan sonra, “Mövzu” hissəsində etibarsızlaşdırma üzrə müraciətin əsaslandırılmasını qeyd etməlidir. Misalımıza uyğun olaraq əsaslandırma aşağıdakı məzmunda yazılacaq:

____ _________ 2022-ci il tarixində işçi Əliyev Əli Məmməd oğlunun xitam əmrini hazırlamaq istəyərkən, soyad oxşarlığı səbəbindən, səhvən digər işçi Əliyev Qurban Vaqif oğlunun əmək müqaviləsinə xitam verilib.  İşçilərin elektron informasiya sisteminə daxil edilmiş bildirişlərinə müvafiq düzəlişlər aparılmasını və yaxud bildirişlərin etibarsızlaşdırılmasını Sizdən xahiş edirik.

Qoşma:

  1. Əliyev Əli Məmməd oğlunun xitam bildirişi – 1 fayl;
  2. Əliyev Qurban Vaqif oğlunun əmək müqaviləsi bildirişi -1 fayl;
  3. Əliyev Əli Məmməd oğlunun xitam əmri – 1 fayl.

Əlaqə telefonu: _______________

Email:  ________________

Məsul şəxs: _____________

Qoşmadakı sənədləri müraciətə yüklədikdən sonra dövlət qurumuna göndərilməsi üçün qeydiyyata almaq lazımdır…

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər