İşəgötürən əmək intizamını pozan hamilə işçini işdən çıxarda bilər?

İşəgötürən əmək intizamını pozan hamilə işçini işdən çıxarda bilər?

Satışına START verilən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Maraqlıdır, işəgötürənin əmək intizamını pozan hamilə işçini əmək funksiyasını icra etməməsinə görə işdən azad etməsi qanunaziddir?
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində müəyyən edilib ki, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu maddənin 2-ci hissəsinə əsasən həmin işçilərin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi (müəssisə ləğv edildikdə) və 73-cü maddəsi (müddətli əmək müqaviləsinin müddəti bitdikdə) ilə xitam verilə bilər. Digər əsaslarla bu işçilərin əmək müqaviləsinə xitam verilməsi qanunazidd hesab edilir. Mümkündür ki, Əmək Məcəlləsinə dəyişikliklərdə əmək intizamı pozan və sosial kateqoriyaya aid edilən şəxslərin işdən kənarlaşdırılmasına icazə verilsin. Amma indiki vəziyyətdə işəgötürən Əmək Məcəlləsinin 79-cu maddəsində qeyd edilən şəxslərin əmək müqaviləsinə xitam verə, həmçinin onları işdən kənarlaşdıra da bilməz.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər