Dövlət qurumları yoxlamaları zamanı istifadə edilməmiş məzuniyyətin hesablanmamasına görə hansı cərimə tətbiq edirlər? (Misallarla izah)

Dövlət qurumları yoxlamaları zamanı istifadə edilməmiş məzuniyyətin hesablanmamasına görə hansı cərimə tətbiq edirlər? (Misallarla izah)

Satışı bitən amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Dövlət Əmək Müfəttişliyi Xidməti işçinin əmək müqaviləsinə xitam verilən zaman istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmamasına görə cərimə tətbiq edir. İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Mİsal 2. Dövlət Əmək Müfəttişliyinin keçirdiyi yoxlama zamanı “A” MMC-nin 3 işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödəməməsi faktı müəyyən edilib. Bu halda işəgötürənə üç işçinin hər birinə görə ayrıca cərimə tətbiq olunmayacaq, ümumi bir cərimə tətbiq olunması haqqında qərar veriləcək.

Vergi orqanlarının vergi nəzarəti tədbirləri zamanı işdən azad olunan işçiyə istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın hesablanmamasına rast gəlinərsə, aşağıdakı tədbirlər həyata keçirilir:

- Kompensasiya məbləği üzrə gəlir vergisi, sosial ayırma və işsizlikdən sığorta məbləğinin hesablanmasını təmin edir;

- Azaldılmış vergi, sosial ayırma və işsizlikdən sığorta məbləğinə görə 50 faiz maliyyə sanksiyası tətbiq edir;

-  Hesablama zamanı ödəyicinin borcu yaranarsa, gecikdirilmiş hər günə görə 0,1 faiz penya hesablanır.

Mİsal. Vergi orqanının yoxlaması zamanı məlum olub ki, neft-qaz sektoruna aid şirkətdə işçilərə 30 000 manatlıq istifadə edilməyən məzuniyyətə görə kompensasiya hesablanıb. Bu halda həmin məbləğdən hər biri işçiyə görə dövrlər üzrə gəlir vergisi, sosial ayırması və işsizlikdən sığorta məbləği müəyyən edilir. Fərz edək ki, istifadə edilməyən məzuniyyətə görə 5000 manat gəlir vergisi,  6 600 manatlıq sosial ayırma və 300 manatlıq  işsizlikdən sığorta məbləği hesablanmalıdır. Bu zaman həmin məbləğlər hesablanaraq vergi ödəyicisinin şəxsi hesabına işlənilməklə yanaşı, hər bir azadılmış icbari ödəniş üzrə 50 faiz maliyyə sanksiyası tətbiq edildiyindən gəlir vergisi, sosial ayırma və işsizlikdən sığorta məbləği üzrə müvafiq olaraq, 2 500 manat, 3 300 manat və 150 manat maliyyə sanksiyası da şəxsi hesaba işlənilir.

Həmçinin də gecikdirilən hər məbləğ üzrə bir il müddətdən çox olmamaqla 0,1 faiz penya hesablanır.

Qeyd edilən cərimələr kifayət qədər yüksək olduğu üçün, işəgötürənlərə əmək müqaviləsinə xitam verilən zaman istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmasında diqqətli olmalarını tövsiyə edirik.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər