Müəssisədaxili intizam Qaydaları ilə bağlı vacib məqam

Müəssisədaxili intizam Qaydaları ilə bağlı vacib məqam

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" (V nəşr) kitabından seçmə

Müəssisədaxili intizam Qaydalarının tətbiqi ilə bağlı ən çox rast gəlinən səhvlərdən biri də işçilərin sənədlə tanış edilməməsidir. Yaxşı olar ki, müəssisənin hər biri işçisi qaydaları tam şəkildə oxuduqdan sonra sənədlə tanış olduğunu imzası ilə təsdiq etsin. Düzdür, əmək qanunvericiliyində bu barədə hər hansı birbaşa müddəa yoxdur, “İşəgötürənin əsas vəzifələri və məsuliyyəti” adlı 12-ci maddədə də işəgötürənin üzərinə işçiləri qaydalarla tanış etmək öhdəliyi qoyulmayıb. Ancaq Əmək Məcəlləsinin 10-cu maddəsində əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri “əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək”dir (“b” bəndi). Eyni zamanda, Məcəllənin 11-ci maddəsi ilə işəgötürənə “işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək” (“d” bəndi) hüququ verilib.

Bütün bu deyilənləri nəzərə alaraq, qaydaların sonuna tanışlıq vərəqinin əlavə edilməsi məqsədəuyğun olardı. Əmək müqaviləsi imzalamış işçilər işə başlamazdan öncə mütləq imza atmaqla sənədlə tanış edilməlidir. Bundan əlavə, sənədin iş yerində bütün işçilər üçün əlçatan, görünən yerdə asılması vacibdir ki, işçilər ehtiyac duyduqları vaxt qaydalara təkrar nəzərə yetirə bilsinlər. Tanışıq vərəqinə gəlincə, onun aşağıdakı formada qaydaların əlavəsi kimi təsdiq edilməsi tövsiyə olunur...

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 2022

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər