ƏMAS-ın tətbiqi əvvəlki sistemdəki hansı hallara məhdudiyyət yaratdı? (5 HAL)

ƏMAS-ın tətbiqi əvvəlki sistemdəki hansı hallara məhdudiyyət yaratdı? (5 HAL)

Satışına START verilən “ƏMAS Platforması: A-dan Z-yə” kitabından seçmə

İşəgötürənlərə tətbiq edilən məhdudiyyətlər içərisində ən çox təəssüf doğuranı təsdiq edilən bildirişlərin 24 saat ərzində ləğv edilməsinə məhdudiyyətin qoyulmasıdır. Belə ki, e-gov.az sistemində işəgötürən imzaladığı bildirişi 24 saat ərzində etibarsız etmək hüququna malik idi. İşəgötürən texniki səhv səbəbindən hər hansı işçinin əmək müqaviləsinə xitam verdikdə, 24 saat ərzində həmin bildirişi etibarsız etməklə sənədin hüquqi qüvvəyə minməsinin qarşısını almaq səlahiyyətinə malik idi. Bildiriş imzalandıqdan 24 saat keçdiyi halda, işəgötürən dövlət qurumuna bildirişin ləğv olunması ilə bağlı rəsmi müraciət etməli idi.
Artıq işəgötürənin belə bir imkanı yoxdur. İşəgötürənlərin işini yüngülləşdirən imkana məhdiyyətin qoyulmasının əsas səbəblərdən biri kimi, həmin seçimdən sui-istifadə hallarının çox olması göstərilir. Əsasən, tikinti və ictimai sektorda belə hallara çox rast gəlinirdi, işəgötürənlər əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı inzibati məsuliyyətə cəlb olunmamaq üçün işçiləri işə qəbul etdikdən sonra bildirişi 24 saat müddətində etibarsız hesab edirdilər.
Elektron informasiya sistemində struktur bölmələri üzrə ştatın yaradılması ƏMAS-dan fərqli olaraq daha rahat şəkildə həyata keçirilirdi. Bundan əlavə, ştat cədvəlinin çap edilməsi funksiyası elektron informasiya sistemində mövcud olsa da, yeni sistemdə tətbiq edilmir.
Digər fərqlilik isə elektron informasiya sistemində mövcud olan şəxsiyyət vəsiqəsinin etibarlılığı və bədbəxt hadisələrdən sığorta olunmayan şəxslər haqqında bildirişlərə ƏMAS-da ehtiyacın duyulmamasıdır.
 
Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər