ƏMAS altsistemində Müddətsiz əmək müqaviləsini müddətli əmək müqaviləsinə keçirmək mümkündür? (Nümunəvi forma)

ƏMAS altsistemində Müddətsiz əmək müqaviləsini müddətli əmək müqaviləsinə keçirmək mümkündür? (Nümunəvi forma)

Satışına START verilən “ƏMAS Platforması: A-dan Z-yə” kitabından seçmə

 Təşkilatımıza daxil olan suallardan biri də, müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsinə keçirilməsi ilə bağlıdır. Sual olunur ki, ƏMAS altsistemində əmək müqaviləsi bildirişində müddətsiz əmək müqaviləsini müddətliyə keçmək imkanı yaradıldığı üçün işəgötürən həmin hüquqdan istifadə edə bilər? Təbii ki, istifadə etmək mümkündür, amma əmək qanunvericiliyinn tələblərini gözləməklə. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin üçüncü hissəsinə əsasən, müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

Maddədən göründüyü kimi, müddətsiz əmək müqaviləsini müddətli əmək müqaviləsinə keçirmək mümkündür, amma bir şərtlə ki, əmək müqaviləsinə əlavədə hər iki tərəfin imzası və əsaslandırma olsun.

Müddətsiz əmək müqaviləsinin müddətliyə keçirilməsi ilə bağlı Əmək müqaviləsinə Əlavə razılaşmanın nümunəvi formasını təqdim edirik:

 

 15 aprel 2020-ci il tarixli, ___№-li әmәk müqavilәsinә

Әlavә razılaşma №_____

Şuşa şәhәri                                                               01 oktyabr 2022-ci il

 

Bir tәrәfdәn “İşәgötürәn”- nizamnamәsinә әsasәn fәaliyyәt göstәrәn “Alov” MMC, direktoru Nәbili Nüsrәt Nadir oğlunun şәxsindә, digәr tәrәfdәn “İşçi”- Marketinq şöbəsinin satış üzrә mütәxәssisi Əliyev Nicat Şamil oğlunun şәxsindә 15 aprel 2020-ci il tarixli ___№-li әmәk müqavilәsinә aşağıdakı şәrtlәrlә

Әlavә razılaşma imzaladılar.

  1. Әmәk müqavilәsinin 2-ci fəslinin (Əmək müqaviləsinin müddəti) 2.1-ci və 2.3-cü bəndləri aşağıdakı redaksiyada verilsin:

“2.1. Bu Əmək müqaviləsi müddətsiz bağlanmışdır. _________YOX_______

........

2.3. Bu Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Əmək Məcəlləsi, 47-ci maddənin “f” bəndi) «____»_____________ il tarixindən «____»______________il tarixinədək «____» «__________________»______________il (ay) müddətinə bağlanmışdır.”

  1. 15 aprel 2020-ci il tarixli ___№-li әmәk müqavilәsinin (әgәr әmәk müqavilәsi bağlandıqdan sonra ona dәyişiklik edilmәsi mәqsәdilә әlavә vә ya әlavәlәr imzalanıbsa, o halda mötәrizәdә “Әlavәnin” vә “Әlavәlәrin” yazmaq lazımdır- red.) digәr şәrtlәri öz qüvvәsindә qalır.
  2. 15 aprel 2020-ci il tarixli ___№-li әmәk müqavilәsinә Әlavә razılaşma ilә edilmiş dәyişiklik ___ _________ 2022-ci il tarixindәn qüvvәyә minir.
  3. Әlavә razılaşma 15 aprel 2020-ci il tarixli ___№-li әmәk müqavilәsinin ayrılmaz hissәsidir vә eyni hüquqi qüvvәyә malik olmaqla, 2 (iki) nüsxәdә tәrtib olunub. Әlavә razılaşmanın bir nüsxәsi işәgötürәndә - işçinin şәxsi işindә, digәr nüsxәsi isә işçidә saxlanılır.

 TӘRӘFLӘRİN İMZALARI:

İŞӘGÖTÜRӘN:                                          İŞÇİ:

 _______ Nәbili N.N.                               _______Əliyev N.Ş.

M.Y.

 

Әmәk müqavilәsinә Әlavә razılaşmanın bir nüsxәsini aldım:

 

________Əliyev N.Ş.

 

ƏMAS altsitemində isə proses aşağıdakı kimi həyata keçiriləcək:

İşəgötürən 2.1-ci bölmədə “müddətsiz” qrafasını “müddətli” ilə əvəz etdikdən sonra, səbəbi və müqavilənin bitmə tarixlərini qeyd etməlidir. Təbii ki, hər dəyişiklikdə olduğu kimi, dəyişikliyin qüvvəyə minmə tarixi də mütləq qeyd edilir.

Bu halda ƏMAS altsistemində yaradılan yeni əmək müqaviləsi bildirişi aşağıdakı kimi olacaq:

 Həmçinin, əmək müqaviləsinə dəyişikliklər hissəsində müddətli əmək müqaviləsi olması ilə bağlı qeydlər öz əksini tapacaq.

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 
 
 

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər