ƏMAS altsistemində müqavilənin bağlanma tarixi ilə işçinin işə başlama tarixi arasında müddət tələbi var?

ƏMAS altsistemində müqavilənin bağlanma tarixi ilə işçinin işə başlama tarixi arasında müddət tələbi var?

Satışına START verilən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

“Əmək müqaviləsinin müddəti” bölməsində əmək müqaviləsinin başlanma və bitmə tarixi ilə yanaşı, işə başlama tarixi haqqında məlumatlar da öz əksini tapmalıdır.
İşçinin müqaviləsinin bağlanma tarixi ilə bağlı ƏMAS altsisteminin tələbi odur ki, həmin tarix əmək müqaviləsi bildirişi tarixi üzrə məlumatların daxil edilməsindən bir ay öncədən gec ola bilməz.

Mİsal. İşəgötürən 2 sentyabr 2022-ci il tarixdə əmək müqaviləsi bildirişini hazırlayarkən, mütləq həmin işçi ilə əmək müqaviləsinin imzalanma tarixini 1 aydan, yəni 02 avqust 2022-ci il tarixdən gec olmayan günlərin birinə qeyd etməlidir:
Şəkildən göründüyü kimi, 1 avqust 2022-ci il tarixi deaktiv olduğu üçün işəgötürən bir aydan öncəki tarixi seçə bilməz. Həmçinin, işçi əllə bir aydan öncəki tarixi qeyd edərsə, o zaman proqram təminatı 1 aydan öncəki tarixə düzəliş edəcək.
İşçinin işə başlanma tarixi də əmək müqaviləsinin imzalanma tarixinə müvafiq olaraq müəyyən edilir. İşçinin işə başlama tarixini bir ay öncədən tez daxil etmək olmur. Həmçinin, işə başlama tarixini əmək müqaviləsinin imzalanma tarixindən tez qeyd etməyə də proqram təminatı icazə vermir. Misal üçün, işçinin əmək müqaviləsinin imzalanma tarixini iki gün öncəyə qeyd ediriksə, o zaman işçinin işə başlama tarixini həmin tarixdən əvvələ daxil etmək mümkün olmur:
Təcrübədə mümkündür ki, işçi ilə əmək müqaviləsi bağlandıqdan 2-3 ay sonra onun işə başlaması qeyd edilsin. ƏMAS proqramı işçinin işə başlama tarixi ilə əmək müqaviləsinin bağlanma tarixi arasında hər hansı vaxt aralığı müəyyən etməyib:
Təbii ki, bu halda işçinin əmək müqaviləsi bildirişinin hüquqi qüvvəyə minməsi də həmin tarixdə aktiv olacaq.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim

 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər