ŞAD XƏBƏR! ƏMAS altsistemində HR mütəxəsislərin narazılığına səbəb olan MÜDDƏT məsələsi həll olunur

ŞAD XƏBƏR! ƏMAS altsistemində HR mütəxəsislərin narazılığına səbəb olan MÜDDƏT məsələsi həll olunur

Dəyərli həmkarlarımızla birlikdə qeyd etdiyimiz təklif ƏMAS altsistemində nəzərə alınacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ƏMAS altsistemində HR mütəxəssislərinin narazılıq etdiyi məsələ aradan qaldırılır. Qeyd edək ki, hal-hazırda ƏMAS altsistemində müddətli əmək müqaviləsinin avtomatik müddəti artırıldığı halda həmin əmək müqaviləsi bildirişləri “müddəti bitən və qüvvədə olan  müddətli əmək müqaviləsi bildirişləri” alt bölməsində qeyd edilir. İşəgötürən həmin bölməyə aid əmək müqaviləsi bildirişi ilə bağlı hər hansı dəyişiklik etmək istədiyi halda, proqram təminatı işçinin müqavilə müddətinin bitmə tarixinin qeyd edilməsini mütləq tələb hesab edir.

Misal. İşəgötürən işçi ilə 1 mart 2022-ci il tarixdə 3 aylıq müddətli müqavilə imzalayıb. Müqavilənin müddəti 3 aydan sonra avtomatik uzadıldığı üçün həmin əmək müqaviləsi bildirişi  “müddəti bitən qüvvədə olan  müddətli əmək müqaviləsi bildirişləri” alt bölməsində qeyd edilir. İşəgötürən 30 iyun 2022-ci il tarixdə həmin işçinin vəzifəsi və ya əmək haqqısında dəyişiklik etdiyi halda, proqram təminatı istifadəçidən tələb edirdi ki, əmək müqaviləsinin bitmə tarixini qeyd etsin.

Hal-hazırda ƏMAS altsistemində müddətli əmək müqaviləsinin bitmə tarixinin qeyd edilməsinin məcburi tələb olmasının ləğv edilməsi ilə bağlı prosesin son tamamlanma işləri həyata keçirilir. İşəgötürən müddəti bitən qüvvədə olan müddətli əmək müqaviləsi bildirişində hər hansı dəyişiklik həyata keçirdikdə, müqavilənin bitmə tarixinin qeyd edilməsi məcburi yox könüllü tələb olacaq. HR mütəxəssisi müqaviləni bitmə tarixini qeyd etmədiyi halda da, ƏMAS altsistemi ona növbəti səhifəyə keçid imkanı yaradacaq.

Qeyd edək ki, “MKS Academy” MMC olaraq təşkil etdiyimiz təlimlərdə də müddəti bitən və qüvvədə olan  müddətli əmək müqaviləsi bildirişi üzrə müqavilənin bitmə tarixinin qeyd edilməsi tələbi dəyərli həmkarlarımızın narazılığına səbəb olmuşdu.HR həmkarlarımızla birlikdə hazırlayaraq  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etdiyimiz 11 təklifdən biri də müddətli əmək müqaviləsində bitmə tarixi ilə bağlı dəyişiklik olmuşdu.

Sonda bir məsələni bildirək ki, yeni dəyişiklik haqqında 16 iyul 2022-ci il tarixdə “Məzuniyyət və müavinət hüququ: A-dan Z-yə” mövzusunda keçirəciyimiz təlimdə geniş məlumat veriləcək.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər