Əmək qanunvericiliyində saatlıq icazə necə tənzimlənir?

Əmək qanunvericiliyində saatlıq icazə necə tənzimlənir?

Satışı yekunlaşmaqda olan "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Həmkarlarımızı maraqlandıran məsələlərdən biri də, saatlıq icazənin necə tənzimlənməsidir. İşçinin iş gününün müəyyən saatları üçün icazə alması ödənişsiz məzuniyyətə aid edilir?
Əmək Məcəlləsinin 12-ci maddəsinin “ə” bəndinə əsasən, işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək işəgötürənin əmək münasibətləri sahəsində əsas vəzifələrindən biridir. 11 may 2010-cu il tarixli, 1003-IIIQ nömrəli qanunla ilə Azərbaycan Beynəlxalq Əmək Təşkilatının “Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyasına qoşulub. Konvensiyanın 5-ci maddəsinə əsasən, milli şəraitə və imkanlara uyğun olaraq bütün tədbirlər görülməlidir ki, yerli səviyyədə tədbirlərin planlaşdırılmasında ailə vəzifələri olan işçilərin tələbatları nəzərə alınsın. Konvensiyanın 165 nömrəli Tövsiyəsində göstərilir ki, milli səviyyədə elə şərait yaradılmalıdır ki, haqqı ödənilən iş yerinə yetirən və ya yerinə yetirmək istəyən, ailə öhdəlikləri olan şəxslər hüquqlarını ayrı-seçkiliyə məruz qalmadan və mümkün olan qədər peşə və ailə öhdəliklərini harmonik birləşdirərək həyata keçirə bilsinlər, onların əmək şəraiti və sosial təminat sahəsində tələbatları nəzərə alınsın, ailə öhdəlikləri olan işçi, onun qulluğuna və ya köməyinə ehtiyacı olan digər yaxın ailə üzvünün xəstələndiyi halda, məzuniyyət almaq imkanına malik olsun, ailə öhdəliklərinin yerinə yetirilməsini yüngülləşdirmək üçün hər növ dövlət və özəl xarakterli tədbirlərin keçirilməsinə kömək göstərilsin.

Yuxarıda qeyd edilənlərə əsasən, işçilər, xüsusilə ailə vəzifələri olan işçilər maddi-məişət şəraiti ilə əlaqədar olaraq, işəgötürəndən iş vaxtı ərzində icazə ala bilərlər. Bu halda onların maraqları işəgötürən tərəfindən nəzərə alınmalı, mümkün olduğu qədər icazə aldıqları iş saatlarında əmək haqlarının saxlanılması təmin edilməlidir.
İşçilərə əmək haqqı saxlanılmaqla icazələrin verilməsi kollektiv müqavilələrlə, kollektiv müqavilə bağlanılmadıqda əmək müqaviləsi ilə tənzimlənə bilər.
Kollektiv müqavilə olmayan müəssisələrdə insan resurslarının idarə edilməsi ilə bağlı siyasət sənədində saatlıq icazə məsələsi nəzərdə tutula bilər. Kollektiv müqavilə və ya müəssisədaxili qaydalarda işçinin yaxın ailə üzvünün vəfatı və digər üzrlü səbəblər olduqda əmək haqqı saxlanılmaqla işə gəlməməsinin konkret müddətləri müəyyən edilə bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər