Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi hansı hallarda Vergi, İnzibati Xətalar və Cinayət məcəllələri ilə tənzimlənir?

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 20 İyun 2023

Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi hansı hallarda Vergi, İnzibati Xətalar və Cinayət məcəllələri ilə tənzimlənir?

Satışı yalnız kitabxanalardan həyata keçirilən "Vergi Məcəlləsi. Ümumi hissənin izahı" (III nəşr) kitabından seçmə

Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi Vergi, İnzibati Xətalar və Cinayət məcəllələri ilə tənzimlənir. Vergi orqanı tərəfindən vergi ödəyicisinə (bəzi istisnalar nəzərə alınmaqla) maliyyə sanksiyası tətbiq edilərsə, o zaman Vergi Məcəlləsinin müvafiq maddələrinə istinad olunur. Əgər vergi orqanı vergi ödəyicisinə inzibati qaydada cərimə tətbiq edirsə, o halda İnzibati Xətalar Məcəlləsinə istinad edilir. 
 Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Mİsal 1. Vergi orqanı kameral vergi yoxlaması zamanı vergi ödəyicisinə 2020-ci ilin 3-cü rübü üzrə vergi bəyannaməsini təqdim etmədiyi üçün 40 manat maliyyə sanksiyası tətbiq etdiyi halda Vergi Məcəlləsinin 58-ci maddəsinə istinad olunacaq.
Mİsal 2.  Vergi orqanı vergi nəzarəti tədbirləri çərçivəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu halda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi müəyyən edib. Bu zaman vergi orqanı məsuliyyət tədbirinin tətbiq üçün İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə istinad edəcək.
Mİsal 3.  Vergi orqanı səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti tədbirləri nəticəsində 15 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini aşkar edib. Bu halda vergi orqanı Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə istinad edəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ (satışı yalnız kitabxanalar vasitəsiylə həyata keçirlə bilər)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  (satışı yalnız kitabxanalar vasitəsiylə həyata keçirlə bilər)

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı yalnız kitabxanalar vasitəsiylə həyata keçirlə bilər)

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    09 Oktyabr 202512:27

    DƏMX-dən İnzibati Cərimə XƏBƏRDARLIĞI ! İşəgötürənin təyin etdiyi SƏTƏM mütəxəssisi bu ixtisas üzrə təhsil almalıdır

    17 Oktyabr 202507:49

    YENİ TƏLƏB! ƏMAS altsistemində yeni dəyişikliklər nəticəsində məhdudiyyətlər tətbiq edilib

    08 Oktyabr 202511:33

    ƏLA XƏBƏR! Əmək müqavilələrini "mygov" platformasında imzalamaq imkanı yaradıldı

    16 Oktyabr 202513:23

    Ramin Hacıyevin təqdimatında: Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    Altay Cəfərovun təqdimatında: Könüllü qaydada ƏDV ödəyicisi olan vergi ödəyiciləri bəyannamələri nə vaxt təqdim etməlidir?.

    • 17 Oktyabr 2025

    Məqalələr

    YENİ TƏLƏB! ƏMAS altsistemində yeni dəyişikliklər nəticəsində məhdudiyyətlər tətbiq edilib.

    • 17 Oktyabr 2025

    Məqalələr

    Ramin Hacıyevin təqdimatında: Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası.

    • 16 Oktyabr 2025

    Məqalələr

    Fuad Heydərlinin təqdimatında: Vergi tutulan idxalın dəyəri necə müəyyən olunur?.

    • 15 Oktyabr 2025

    Təlimlər

    Növbəti tematik təlim: Əmək münasibətlərində rəsmiləşdirmə prosesi (İLK DƏFƏ).

    • 13 Oktyabr 2025

    Sosial

    DƏMX-dən İnzibati Cərimə XƏBƏRDARLIĞI ! İşəgötürənin təyin etdiyi SƏTƏM mütəxəssisi bu ixtisas üzrə təhsil almalıdır.

    • 09 Oktyabr 2025

    Sosial

    ƏLA XƏBƏR! Əmək müqavilələrini "mygov" platformasında imzalamaq imkanı yaradıldı.

    • 08 Oktyabr 2025

    Vergi işi

    Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu.

    • 08 Oktyabr 2025

    Məqalələr

    YENİLİK! ƏMAS altsistemində artıq işçilərin əmək məzuniyyətdən geri cağrılması ilə bağlı əmri də qeyd etmək olacaq.

    • 19 Sentyabr 2025

    Sual-cavab

    İş vaxtının cəmlənmiş uçotu tətbiq edilən iki növbəli iş rejimində gecə vaxtına görə ödəniş necə hesablanır?.

    • 17 Sentyabr 2025

    Sual-cavab

    Son haqq-hesab məbləğdən icra sənədinə əsasən müəyyənləşən kredit ödənişi tutulmalıdır?.

    • 14 Sentyabr 2025

    Sual-cavab

    ƏMAS altsistemində əlilliyi olan işçilər haqqında məlumatlar hansı iki bölmədə əks olunur?.

    • 10 Sentyabr 2025

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur