Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Vergi ödəyicisinin kommunal xərcləri üzrə ödənişləri bəyannamədə necə nəzərə alınır?

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 03 May 2023

Vergi ödəyicisinin kommunal xərcləri üzrə ödənişləri bəyannamədə necə nəzərə alınır?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Vergi ödəyicisinin təqdim etdiyi Mənfəət vergisi bəyannaməsində su, kanalizasiya, enerji, qaz və s. kommunal xərclər də bəyan edilir. Ancaq kommunal xərclərin tanınmasında bəzən problemlər yaranır.
Mİsal 1. Vergi ödəyicisinin mülkiyyətində olan obyektə görə 1000 manatlıq kommunal xərci olub. İşıq idarəsi elektron qaimə-faktura təqdim edib. Bu halda Mənfəət vergisi bəyannaməsində qeyd edilən xərcin vergi orqanı tərəfindən tanınmasında hər hansı problem yaranmır.
Mİsal 2.  Vergi ödəyicisinin icarə müqaviləsi əsasında istifadə etdiyi obyektin 850 manat kommunal xərci yaranıb. İcarədarla bağlanan müqaviləyə uyğun olaraq kommunal xərcin ödənilməsi icarəçi olan vergi ödəyicisinin öhdəliyindədir (onun adına keçirilib). Kommunal qurumlar da elektron qaimə-fakturanı vergi ödəyicisinə göndərir. Bu halda ödənilən məbləğin xərc kimi rəsmiləşdirilməsində problem yaşanmır.
Mİsal 3.  Vergi ödəyicisinin obyektinin illik kommunal xərci 1800 manat təşkil edib. Amma vergi ödəyicisinin istifadə etdiyi obyektin kommunal xidmətləri üzrə sayğacları icarədarın adına olduğundan vergi ödəyicisinə elektron qaimə-faktura təqdim edilməyib. Vergi orqanı elektron qaimə-faktura olmadığı üçün vergi ödəyicisinin xərcini tanımayacaq və kameral uyğunsuzluq haqqında məktub göndərəcək. Bəzi hallarda mümkündür ki, vergi ödəyicisi icarədarla müqaviləni və qəbzləri təqdim etdikdən sonra vergi orqanı həmin xərci tanısın. Amma vergi ödəyicilərinə tövsiyəmiz odur ki, icarəyə götürülən obyektlər üzrə işlərini ikinci misala uyğun qursunlar.
Mİsal 4.  Vergi ödəyicisi “Qala” biznes mərkəzində ofis icarəyə götürüb. Biznes mərkəzi 200 manatlıq elektrik xidmətləri üçün vergi ödəyicisinə elektron qaimə-faktura təqdim edib. Biznes mərkəzinin elektrik xidməti göstərən hüquqi şəxslə bağladığı agent müqaviləsinə əsasən, sərf olunan elektrikə görə ödənişi İcarəçi etməlidir. Elektron qaimə-fakturanı da həmin müqaviləyə uyğun olaraq təqdim edə bilir. Bu halda vergi ödəyicisinin həmin xərcləri nəzərə alınacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 20222

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    09 Oktyabr 202512:27

    DƏMX-dən İnzibati Cərimə XƏBƏRDARLIĞI ! İşəgötürənin təyin etdiyi SƏTƏM mütəxəssisi bu ixtisas üzrə təhsil almalıdır

    17 Oktyabr 202507:49

    YENİ TƏLƏB! ƏMAS altsistemində yeni dəyişikliklər nəticəsində məhdudiyyətlər tətbiq edilib

    08 Oktyabr 202511:33

    ƏLA XƏBƏR! Əmək müqavilələrini "mygov" platformasında imzalamaq imkanı yaradıldı

    16 Oktyabr 202513:23

    Ramin Hacıyevin təqdimatında: Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    Altay Cəfərovun təqdimatında: Könüllü qaydada ƏDV ödəyicisi olan vergi ödəyiciləri bəyannamələri nə vaxt təqdim etməlidir?.

    • 17 Oktyabr 2025

    Məqalələr

    YENİ TƏLƏB! ƏMAS altsistemində yeni dəyişikliklər nəticəsində məhdudiyyətlər tətbiq edilib.

    • 17 Oktyabr 2025

    Məqalələr

    Ramin Hacıyevin təqdimatında: Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası.

    • 16 Oktyabr 2025

    Məqalələr

    Fuad Heydərlinin təqdimatında: Vergi tutulan idxalın dəyəri necə müəyyən olunur?.

    • 15 Oktyabr 2025

    Təlimlər

    Növbəti tematik təlim: Əmək münasibətlərində rəsmiləşdirmə prosesi (İLK DƏFƏ).

    • 13 Oktyabr 2025

    Sosial

    DƏMX-dən İnzibati Cərimə XƏBƏRDARLIĞI ! İşəgötürənin təyin etdiyi SƏTƏM mütəxəssisi bu ixtisas üzrə təhsil almalıdır.

    • 09 Oktyabr 2025

    Sosial

    ƏLA XƏBƏR! Əmək müqavilələrini "mygov" platformasında imzalamaq imkanı yaradıldı.

    • 08 Oktyabr 2025

    Vergi işi

    Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu.

    • 08 Oktyabr 2025

    Məqalələr

    YENİLİK! ƏMAS altsistemində artıq işçilərin əmək məzuniyyətdən geri cağrılması ilə bağlı əmri də qeyd etmək olacaq.

    • 19 Sentyabr 2025

    Sual-cavab

    İş vaxtının cəmlənmiş uçotu tətbiq edilən iki növbəli iş rejimində gecə vaxtına görə ödəniş necə hesablanır?.

    • 17 Sentyabr 2025

    Sual-cavab

    Son haqq-hesab məbləğdən icra sənədinə əsasən müəyyənləşən kredit ödənişi tutulmalıdır?.

    • 14 Sentyabr 2025

    Sual-cavab

    ƏMAS altsistemində əlilliyi olan işçilər haqqında məlumatlar hansı iki bölmədə əks olunur?.

    • 10 Sentyabr 2025

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur