Vergi ödəyicisi işçisinə istehsal etdiyi malı hədiyyə verdiyi halda gəlir vergisi hesablanır?

Vergi ödəyicisi işçisinə istehsal etdiyi malı hədiyyə verdiyi halda gəlir vergisi hesablanır?

Satışı davam edən “Vergi Uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 98.2.2-ci maddəsinə əsasən, işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir.

Mİsal. Vergi ödəyicisi öz işçisinə 1500 manatlıq mal hədiyyə verib. Həmin məbləğ gəlir vergisinə cəlb edilir, amma Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, fiziki şəxsə verilən hədiyyələrin 1000 manata qədər olan hissəsi gəlir vergisindən azad olunduğu üçün həmin məbləğin 500 manatı (1500 manat – 1000 manat) fiziki şəxsin gəlir vergisinə aid ediləcək.

Bir məsələni də qeyd edək ki, işəgötürənin ödəməli olduğu aksiz, əlavə dəyər vergisi və hər hansı digər vergilər də hədiyyə edilən malın dəyərinə daxil olunur.

Mİsal. Vergi ödəyicisi öz istehsalı olan, bazar qiyməti (ƏDV-siz) 400 manat dəyərində qiymətləndirilən kompüteri işçisinə hədiyyə edir. 18 faizlik ƏDV-ni nəzərə alsaq, malın dəyəri 472 manat (400 manat + 400 manat x 18%) təşkil edəcək. Bu halda icbari ödənişlərin tutulması üçün işçinin əmək haqqına 400 manat yox, 472 manat (400 manat + 400 manat x 18%)) əlavə olunacaq.

Mİsal. Dəftərxana ləvazimatı mallarının satışını həyata keçirən vergi ödəyicisi 100 manatlıq çantanı işçisinə 60 manata təqdim edir. Bu zaman aradakı fərq - 40 manat (100-60) işçinin gəliri hesab edildiyindən əmək haqqının üzərinə əlavə olunmalıdır. İşçinin əmək haqqı 500 manatdırsa, o zaman icbari ödənişlərə cəlb olunacaq məbləğ 540 manat olacaq.

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər