Vergi ödəyicisinin şikayəti necə tənzimlənir?

Vergi ödəyicisinin şikayəti necə tənzimlənir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

Vergi ödəyicisinin həm məhkəməyə, həm də yuxarı vergi orqanına şikayət etmək hüququnun necə tənzimlənməsinə gəlincə, Vergi Məcəlləsinin 62.2-ci maddəsinə əsasən, vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir.

Maddədən göründüyü kimi, vergi ödəyicisi vergi orqanının hərəkətlərindən şikayətcildirsə, aşağıdakı variantlardan birini həyata keçirə bilər:

Yalnız yuxarı vergi orqanına şikayət edir;

Yalnız məhkəməyə müraciət edir;         

Eyni zamanda, həm yuxarı vergi orqanı, həm də məhkəməyə müraciət edir;

Yuxarı vergi orqanına şikayət edir, sonra məhkəməyə müraciət edir.

Vergi ödəyicisinin şikayət hüququ ilə bağlı iddia müddətinin tənzimlənməsini nəzərdən keçirək. Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir.

Qeyd edək ki, Vergi Məcəlləsində qeyd edilən 3 aylıq müddət vergi ödəyicisi üçün üstünlük hesab edilə bilər. “İnzibati İcraat haqqında” AR Qanununa əsasən, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir.

Amma Vergi Məcəlləsinin 62.3-cü maddəsi həmin müddəti 3 aya qədər artırıb.

Mİsal.  Vergi orqanı tərəfindən 26 oktyabr 2020-ci il tarixdə kameral vergi yoxlaması zamanı vergi ödəyicisinə əlavə vergi hesablanıb. Vergi ödəyicisi 26 yanvar 2021-ci il tarixə qədər həmin qərardan şikayət etmək hüququna malikdir.

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər