“Pərakəndə satış” anlayışından “elektron qaimə-faktura” məfhumu niyə çıxarılıb?

“Pərakəndə satış” anlayışından “elektron qaimə-faktura” məfhumu niyə çıxarılıb?

Satışına start verilən “Vergi Qanunvericiliyi Toplusu 2022” kitabından seçmə…

1 yanvar 2022-ci il tarixə qədər Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə uyğun olaraq pərakəndə satış dedikdə, malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulurdu. Təsdiq edilən dəyişiklikdən sonra “pərakəndə satış” anlayışının izahından “sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura” sözləri çıxarılıb.

Fikrimizcə, dəyişiklikdə məqsəd “pərakəndə satış” və “topdansatış” anlayışlarına daha konkret yanaşmanın tətbiq edilməsdir. Çünki qeyd olunan maddənin əvvəlki redaksiyası müəyyən suallar yaradırdı: təqdim edilən malların sayı və ya qiymətində hansı fərqli yanaşmalar olmalıdır ki, onlar topdansatışa aid edilsin?

Misal üçün, pərakəndə satış fəaliyyəti həyata keçirən ərzaq mağazasından vətəndaş yas mərasiminin keçirilməsi məqsədilə 50 kilo qənd və ya düyü alırdısa, bu satış topdansatış hesab edilməli idimi? Digər misal, pərakəndə satış fəaliyyəti həyata keçirən vergi ödəyicisi hüquqi şəxs və ya fərdi sahibkara onun işçilərinin istehlakı məqsədilə ilə 2 kiloqram konfet satışı həyata keçirdikdə, elektron qaimə-faktura verirdisə, bu, topdansatış fəaliyyəti hesab edilə bilərdimi?

Suallara cavab vermək üçün topdansatış fəaliyyətinin də tərifinə diqqət yetirək. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Mİsal 1. Vergi ödəyicisi iki fərqli obyektdə tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olur.  Evin təmiri ilə məşğul olan şəxs həmin vergi ödəyicisindən 500 kub taxta alırsa, bu cür satış topdansatış fəaliyyəti hesab edilməyəcək. Çünki alıcı həmin malları istehlak məqsədilə əldə etdiyindən pərakəndə satış kimi rəsmiləşdirilməlidir.

Mİsal 2.  Tikinti materiallarının satışını həyata keçirən vergi ödəyicisi 500 kub taxtanı Lənkəran şəhərində inşaat materialları mağazası olan şəxsə təqdim edib. Malların bu cür satışı topdansatış fəaliyyəti hesab edilir, çünki qarşı tərəf onu sahibkarlıq fəaliyyəti, yəni satmaq üçün istifadə edəcək. Təbii ki, proses zamanı malların təhvil verilməsi elektron qaimə-faktura  və s. ilə rəsmiləşdirilməlidir.

Mİsal 3.  Tikinti materiallarının satışını həyata keçirən vergi ödəyicisi tikinti sahəsində çalışan vergi ödəyicisinə 500 kub taxtanın satışını həyata keçirib. Malların bu cür təqdim edilməsi də topdansatış fəaliyyəti hesab olunmalıdır. Çünki alıcı şəxs həmin malları sahibkarlıq fəaliyyəti üçün əldə edib.

Maraqlı məqamlardan biri də, pərakəndə ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin satış yox, istehlak məqsədilə malların təqdim etməsi hallarının tənzimlənməsidir…

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
2) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
3) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

10 yanvar 2022-ci il tarixdən satışda olacaq Nəşrlərimiz

4) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
5) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
6) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 40(35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər