Bazar ertəsi, 17 Yanvar 2022 06:14

Hansı halda vergi orqanı malların dəyərini düsturla hesablayacaq (5 VACIB MƏQAM)?

Satışına START verilən "Vergi Qanunvericiliyi Toplusu 2022" kitabından seçmə

Təsdiq edilən son dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 58.16-cı maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:
“Alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilir.”
Malların alış dəyərini hesablamaq üçün, maddədə diqqətçəkən bir çox məqam var.
Birinci məqam. Düsturun tətbiqi üçün əsas həmin malların Məcəllə ilə müəyyən edilmiş qaydada mədaxilinin rəsmi qaydada aparılmamasıdır. Yəni vergi nəzarəti tədbirləri zamanı məlum olarsa ki, həmin malların alışı zamanı sənədlərdə düzgün rəsmiləşdirmə aparılıb, amma təqdimetmədə problemlər mövcuddur, o zaman malların dəyərinin 1,2-yə bölünməsini nəzərdə tutan düsturdan istifadə edilmir.
İkinci məqam. Malların təqdim olunmasına dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə düsturdan istifadə edilmir. Misal üçün, malların təqdim edilməsi zamanı bənzər adlardan istifadə edildiyi halda, malların dəyərinin 1,2-yə bölünməsi düsturundan istifadə tətbiq olunmur.
Üçüncü məqam. Düsturdan istifadədə məqsəd malların alış qiymətinin müəyyənləşdirməkdir. Yəni vergi orqanı təqdimetmə ilə bağlı məlumata malik olsa da, həmin malların alış dəyərini müəyyənləşdirməlidir ki, həmin qiymətə maliyyə sanksiyası tətbiq etsin.
Dördüncü məqam. Düstur vasitəsilə hesablama yalnız Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə - malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmaması halında deyil, həmçinin Vergi Məcəlləsinin 58.8.3-cü maddəsi ilə tənzimlənən Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadığı hallarına tətbiq ediləcək.
Beşinci məqam. Təqdim edilən malların ümumi dəyərini ekspert və mütəxəssisin rəyi əsasında müəyyənləşdirmək mümkün olmasın. Yəni, dəvət edilən ekspet və mütəxəsis malların adı konkret olmadığı üçün təqdim olunan mallar üzrə bazar araşdırması və s. fəaliyyət həyata keçirə bilməyəcək.
İndi isə misallar üzərində maliyyə sanksiyalarını hesablayaq...

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
2) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
3) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

10 yanvar 2022-ci il tarixdən satışda olacaq Nəşrlərimiz

4) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
5) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
6) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 40(35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın