Bazar ertəsi, 29 Noyabr 2021 08:06

Nağdsız qaydada aparılan əməliyyatlar üzrə maliyyə sanksiyası necə hesablanır?

Satışı yekunlaşmaqda olan "Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə


“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunda elə tip ödənişlər var ki, onlar hətta aylıq limitin tələbləri gözlənilsə belə, nağd formada aparılmamalıdır. Həmin əməliyyatları təqdim edirik:
1) Vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi
Maliyyə sanksiyası vəsaiti nağd qaydada qəbul edən lizinq verənə və kreditləri nağd qaydada təqdim edən kredit təşkilatına tətbiq olunacaq.
Mİsal. Kredit təşkilatı olan “A” MMC borcalana nağd şəkildə 8 000 manat kredit verib. Səyyar vergi yoxlaması zamanı bu hal aşkar olunarsa, birinci dəfə vergi ödəyicisinə məbləğin 10 faizi, yəni 800 manat (8 000 manat x 10 faiz) məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
2) “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər
Maliyyə sanksiyası sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul edən sığortaçıya və ya təkrar sığortaçıya tətbiq olunacaq.
Mİsal. “A” MMC sığorta təşkilatı qəza keçirən sürücüyə 4 000 manat məbləğində sığorta ödənişini nağd formada həyata keçirib.
2-ci hal kimi, “A” MMC işçilərin tibbi sığortası məqsədilə “S” sığorta təşkilatına nağd şəkildə 300 manat ödəniş edib.
Hər iki hal üzrə sığorta təşkilatına həmin məbləğin 10 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.
3) Dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar
Maliyyə sanksiyası xidmət haqlarını və digər yığımları nağd qaydada qəbul edən şəxsə tətbiq olunacaq.
Mİsal. “A” MMC müəllif haqları ilə bağlı olaraq Əqli Mülkiyyət Agentliyi publik hüquqi şəxsə 1 000 manat nağd ödəniş edib. Bu hal ilk dəfə aşkar olduqda publik hüquqi şəxsə 100 manat (1000 x 10 faiz) maliyyə sanksiyası tətbiq olunacaq.
4) Stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi
Maliyyə sanksiyası vəsaiti nağd qaydada qəbul edən şəxsə tətbiq olunacaq.
Mİsal. Vətəndaş evin elektrik enerjisi ödənişini - 120 manat məbləği nağd şəkildə həyata keçirib. Təqvim ilində ilk dəfə bu hal aşkar olunduqda ödənişi qəbul edən şirkətə həmin məbləğin 10 faizi, yəni 12 manat (120 manat x 10 faiz) məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.
5) Faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması
Maliyyə sanksiyası nağd qaydada ödəyən və ödənişi qəbul edən şəxsə tətbiq olunacaq.
Mİsal. “A” MMC iki təsisçidən müvafiq olaraq 10 000 manat və 20 000 manat faizsiz borc alıb. Təsisçinin biri vergi ödəyicisidir, digəri isə vergi orqanlarında uçota durmayan şəxsdir. Vergi uçotuna durmayan şəxsə faizsiz borcun qaytarılması nağd şəkildə limitlər gözlənilməklə həyata keçirilə bilər. Amma “A” MMC vergi ödəyicisi olan təsisçiyə ödənişi nağd şəkildə həyata keçirərsə, həm “A” MMC, həm də vergi ödəyicisi olan təsisçiyə maliyyə sanksiyası tətbiq olunacaq.
6) Dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi).
Maliyyə sanksiyası ödənişi həyata keçirən vergi ödəyicisinə tətbiq olunacaq.
Mİsal. “A” MMC dövlət satınalma müqaviləsi üzrə 100 000 manat vəsait əldə edib. Həmin vəsait üzrə 10 000 manatlıq nağd əməliyyat aparıb. Səyyar vergi yoxlaması zamanı belə hal ilk dəfə aşkar olunduqda 1 000 manat (10 000 manat x 10 faiz) maliyyə sanksiyası tətbiq olunacaq.
7) Təhsil haqlarının ödənilməsi
Maliyyə sanksiyası vəsaiti nağd qaydada qəbul edən şəxsə tətbiq olunacaq.
Mİsal. Tələbə 2019/2020-ci təhsil ili üçün 3 500 manat ödənişi nağd şəkildə ali təhsil müəssisəsinə ödəyib. Təqvim ilində ilk dəfə bu hal aşkar olunduqda, ödənişi qəbul edən ali məkətəbə həmin məbləğin 10 faizi, yəni 350 manat (3 500 manat x 10 faiz) məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.
8) Turagentlərə ödəmələr
Ödəmələri nağd qaydada qəbul edən şəxsə tətbiq olunacaq.
Mİsal. “A” MMC Türkiyəyə səfər məqsədi ilə “B” turagent müəssisəsinə nağd şəkildə 2 300 manat ödəniş edib. Səyyar vergi yoxlaması zamanı bu hal aşkar olunduqda, turagent müəssisəsinə həmin məbləğin 10 faizi, yəni 230 manat (2 300 manat x 10 faiz) məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”


Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!

Tarix: 04 dekabr 2021-ci il, saat 15:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın