Topdansatış fəaliyyəti həyata keçirən vergi ödəyicilərində pərakəndə ticarət fəaliyyətə niyə həssas yanaşılır?

Topdansatış fəaliyyəti həyata keçirən vergi ödəyicilərində pərakəndə ticarət fəaliyyətə niyə həssas yanaşılır?

Satışı yekunlaşmaqda olan “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Vergi orqanının topdansatış fəaliyyəti həyata keçirən vergi ödəyicilərində pərakəndə ticarət fəaliyyətinin qadağan olunmasında marağı nədir? Fikrimizcə, bəzi vergi ödəyiciləri idxal və ya istehsal etdiyi malların topdansatış qaydada satışını həyata keçirərkən onların uçotdan silinməsində problemlər yaşayır.

Misal üçün, vergi ödəyicisi 300 000 manatlıq dəyərində mal idxal edib. Malları topdan satan zaman bəzi vergi ödəyiciləri elektron qaimə-faktura təqdim olunmasını istəmədiyində malların uçotdan silinməsində problemlər yaranır. Bu zaman vergi ödəyicisi çıxış yolunu həmin malların vətəndaşlara pərakəndə qaydada satışını rəsmiləşdirməkdə görürlər. Vergi ödəyicisi həmin malların istehlak məqsədilə həyata keçirildiyini qeyd edir və kassaya vurur. Nəticədə, malların təyinatına uyğun yerdəyişməsi həyata keçirilmədiyindən, vergidən yayınma halları baş verib. Bu səbəbdən də, vergi orqanı topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin malların pərakəndə qaydada satışını həyata keçirməsinə isti yanaşmır.

Nəhayət, sonuncu maraqlı məsələ pərakəndə ticarət fəaliyyəti zamanı qarşı tərəfin hansı sayda mal almasının topdansatış fəaliyyəti hesab olunmasıdır. Vətəndaşın  eyni maldan 100 və ya 1000 ədəddən çox alması topdansatış fəaliyyət hesab oluna bilərmi? Topdansatış fəaliyyəti üzrə malların təqdim olunması zamanı onların sayı yox, onun təyinatı, yəni istehlak yox, sahibkarlıq fəaliyyəti üzrə istifadə olunması önəmlidir.

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”


Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!

Tarix: 04 dekabr 2021-ci il, saat 15:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər